Bakıda kitab bayramı keçirildi
06.05.13

May ayının 4-də, Flarmoniya bağında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin təşkilatçılığı ilə kitab sərgi-yarmarkası keçirilirdi. Bir neçə ildir keçirilən kitab sərgi-yarmarkası oxucular tərəfindən maraqla qarşılanır.
 
Bu il keçirilən sərgidə kifayət qədər iştirakçı vardı. Havanın isti olmasına baxmayaraq sərgi başlayandan, yekunlaşana qədər insanlar dəstə-dəstə kitab nəşriyyatlarının stendlərinə yaxınlaşır, yeni nəşr olunmuş kitablarla maraqlanırdılar.
 
Oxucuların diqqətini çəkməyi bacaran bu sərgi-yarmarkada  ölkənin 50-dən çox tanınmış nəşriyyatı, kitab evləri və yayım assosiasiyalarının 9 min adda 40 min nüsxədən çox kitabı oxuculara və tamaşaçılara təqdim olunurdu.
 
Açılışdan dərhal sonra millət vəkili, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun «Heydər Əliyev ideyalarının zəfər yürüşü» (Azərbaycan və rus dillərində) və yazıçı-dramaturq Hüseynbala Mirələmovun «Zərifə Əliyeva» (Azərbaycan, ingilis, rus və Ukrayna dillərində) kitablarının təqdimatı oldu.
 
Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev, Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Əlikram Əliyev, millət vəkili Aqil Abbas, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid və şair Ənvər Əhməd  çıxış edərək kitaba olan marağın ildən-ilə artmasından, nəşriyyatların bu sahədə həyata keçirdiyi uğurlu işlərdən danışdılar.
 
Daha sonra Naşirlər və Poliqrafçılar İctimai Birliyi nəşriyyatlar arasında keçirilən Birinci Ümumrespublika “Kitab sənəti” müsabiqəsinin qaliblərini mükafatlandırdı. “Bakı haqqında 20 etüd” (“Şərq-Qərb”) nəşri müsabiqədə birinci yerin qalibi oldu. “Mən niyə naşir olmaq istəyirəm?” inşa müsabiqəsinin qalibləri də elan edildi.
 
Yazarlar və oxucuların görüşü
 
Əvvəlki illərdə də müşahidə etmişdim ki, “Qanun” Nəşrlər Evinin və “Ali və Nino” kitab mağazasının qurduğu stendlərin qarşısında daha çox insan toplaşır. Bu il isə “Qanun” Nəşrlər Evinin stendinin qarşısında daha çox insan yığımışdı. Ötən sərgilərdə “Qanun”un direktoru, naşir Şahbaz Xuduoğlunun narazı üz ifadəsi uzaqdan seçilirdisə, bu dəfə naşirin üzündən məmnunluq yağırdı.
 
Tədbirin əsas qonaqları da məhz bu nəşriyyatın stendi qarşısında oxucularla görüşür, onlara kitab imzalayırdılar. Sabir Rüstəmxanlı, Aqil Abbas, Niyazi Mehdi, Qulu Məhərrəmli, Kənan Hacı, Mirmehdi Ağaoğlu, Qismət, Aqşin Yenisey, Aytən Cavanşir, Fərhad Yalquzaq, Əziz Rzazadə və digər qələm adamları ilə oxucuların görüşünü “Qanun” Nəşrlər Evi təşkil etmişdi. Bəzi qələm adamları tədbirdə qısa müddət iştirak etsə də, tədbirdə sona qədər iştirak edənlər də oldu. Əvvəlki sərgilərdə olduğu kimi yenə də Çingiz Abdullayev və Qaraqanın imza mərasimi qələbəlik görünürdü. Hər zaman olduğu kimi, bu iki imza “dəbdə”  idi.
 
Şahbaz Xuduoğlu bildirdi ki, “Qanun” Nəşrlər Evi bu il sərgi-yarmarkaya təxminən 5 min adda kitab çıxarıb: “Bu il həm sərgiyə çıxardığımız kitabların sayında artım var, həm də endirim kampaniyası həyata keçiririk. 1 və 2 manatlıq kitab aksiyasından əlavə, bütün kitablara da 20% endirim tətbiq etmişik. Eyni zamanda nəşriyyatımızda kitabları çap olunan müəlliflərlə oxucularımızın canlı ünsiyyətinə şərait yaratmışıq”.
 
“Məktəblilərin kitaba marağı artıb”
 
Bu tədbirdə həm iştirakçılar, həm də təşkilatçılar daha sərbəst, daha rahat görünürdülər. Adi vaxtlarda parkdakı ot örtüyünün üzərində oturmaqdan çəkinən yaşlı nəslin nümayəndələri də ağacların kölgəsində, yaşıl otların üstündə əyləşib aldıqları kitabları vərəqləyirdilər. Digər nəşriyyatlar da müxtəlif adda və qiymətdə olan kitabları nümayiş etdirir, oxucuların diqqətini çəkməyə çalışırdılar. Bu il fəallığı ilə seçilən nəşriyyatlardan biri də “Hədəf” nəşrləri idi. Uzun illər dərsliklərin nəşri ilə məşğul olan “Hədəf” nəşrləri bu ildən bədii kitabların nəşrinə start verib.
 
Sərgi “Hədəf” nəşrlərinin ərsəyə gətirdiyi dərsliklərlə yanaşı yerli və xarici müəlliflərin əsərləri də oxuculara təqdim edilirdi. Eyni zamanda yazar Şəmil Sadiqin “Qana qan qarışdı” kitabı da oxuculara təqdim olundu. “Hədəf” nəşrlərinin direktoru Müşfiq Xan xeyli məmnun görünürdü: “Azərbaycan oxucusunu fürsət düşdükcə tənqid edirik. “Oxumurlar”, “Kitaba həvəs ölüb”, “Gənclər kitab görəndə qutuda ilan görür” kimi ifadələrlə oxucuları ruhdan salırıq bəlkə də. Bu bayramda oxucuların fəallığı və kitaba marağı bu iddiaların əksər hallarda doğru olmadığını göstərdi. Gənclərin kitaba həvəsləri nəinki azalıb, əksinə gün-gündən daha da artıb. Kitab bayramında şagirdlərin ali məktəb tələbələrinə baxaraq kitaba maraq göstərmək baxımından özlərini onlara oxşatmasından ürəkaçan nə ola bilərdi? İştirak edə bilməyənlərə bəyan edirəm ki, bəli, xanımlar və bəylər, sərgidə bu daha kütləvi baş verdi: beşinci, altıncı siniflərdə oxuyan şagirdlər kitablara elə həvəs göstərirdilər ki! Onların valideynləri, müəllimləri, yolgöstərənləri hamımıza örnək olmalıdır”.
 
Tədbir şəxsən mənim özüm üçün də olduqca maraqlı idi. Həm oxucu, həm də yazıçı kimi evə pozitiv əhvalda qayıtdım. Ümid edirəm ki, növbəti il oxucuların sayı daha da artacaq, naşirlər və yazarlar gileylənməyəcək... /kulis.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.