"Seks özünü oldürməmək üçün yaxşı əsasdır" - MÜSAHİBƏ
04.05.13

“Masturbasiyanı sevmirəm”

Müasir fransız yazıçısı Mişel Uelbek “Mübarizə zonasının genişlənməsi”, “Elementar hissəciklər”, “Platforma”, “Adanın mümkünlüyü” əsərlərinin müəllifidir. Onun ”Xəritə və ərazi” romanı 2010-cu ildə “Qonkur” mükafatına layiq görülüb.
 
Material yazıçının a-e-m-gmbh.com saytı və “Süddeutsche Zeitung“ qəzetindəki müsahibələri əsasında hazırlanıb.
 
- Siz özünüzü dərin depressiv adam kimi təsvir edirsiz. Darıxmaq, həyatdan təngə gəlmək mətnlərinizdə dominantdır. İntihar etməyə cəhd etmisiz?
 
- Yox. Çünki mən intihara qarşıyam.
 
- Yazmaq sizə kömək edir?
 
- Şübhəsiz. Yazıçı kitabı bitirəndə, əsərdə təsvir etdiklərindən tamamilə fərqli vəziyyətdə olur. O, əsərlərində yazdığı bədbəxtliyi özündən qovur.
 
- Siz  "Mübarizə zonasının genişlənməsi“ romanında yazırsız: "Mətn yazmaq həmişə nəsə yüngüllük gətirir"
 
- Etiraf edim ki, orda bir az şişirtmişəm. Amma, əgər düzgün xatırlayıramsa, həm də demişəm ki, mətn xaosu bir az daha məhdudlaşdırır. Çox olmasa da bunun özü hər halda kiçik uğurdur.

 
- Əsərlərinizi oxuyanda demək olar ki, şən təəssürat yaradırsız.
 
- Yazanda yaxşı əhval-ruhiyyədə oluram ki, kitablarım yaxşı alınsın.
 
- Siz evlilikdə xobəxtsiz?
 
- Elə demək olar.
 
- Onda "Platforma" romanında niyə iddia edirsiz ki, insan xoşbəxtlik üçün yaradılmayıb?
 
- Mən demişəm ki, o, fiziki cəhətdən xoşbəxtlik üçün yaradılmayıb. İnsanın yeni növü icad edilməlidir. Yüz min il bundan əvvəl insanlıq genetik baxımından çox erkən inkişaf etdi, təkmilləşdi. Bu günə kimi demək olar ki, heç nə baş vermədi, çünki, mədəniyyət öz üzərinə tərəqqi funksiyasını götürdü. Mən genetik təkamülün yenidən başlamasına etiraz etməzdim. İnsanlığın başqa növü inkişaf etməliydi. Bu imkanı istisna etmək üçün heç bir əsas görmürəm.
 
- Yeni növü necə təsəvvür edirsiz?
 
- İnsanın beyni dəyişməlidir və biz həyatın mənası haqda suallar verməyi qurtarmalıyıq. Dünyanın anlamsız olduğunu düşünmürəm, amma onun mənası ilə bağlı suallar yox olmalıdlır, çünki onsuz da cavablar yoxdur və bu suallar ölümlə bağlıdır. Ona görə də həyatın anlamı haqda sualların verilməsini infantil hesab edirəm.
 
- İstəyirsiz ki, klonlaşdırma ilə insan ölümü ləğv edilsin?
 
- Hə, amma yenə də qorxuram. Çünki insan ağlı o qədər xəstədir ki, ölümün ləğvi belə bizi xoşbəxt etmək üçün yetrəli olmayacaq.
 
- Siz Ogüst Konta (Fransız filosofu, pozitivizmin banisi) istinad etməyi sevirsiz. O, insanlığın inkişafını üç mərhələyə bölür: dini, metafizik və elmi.
 
- Biz hələ elmə gəlməmişik. Hələ metafizik etapdayıq. Elmi etapda o zaman daxil ola bilərik ki, təbiət qanunlarının arxasında nə dayanması barədə suallara son verək. Bizə təklif olunanlarla razılaşmalıyıq, məmnun olmalıyıq. Sual vermədən baxmağı öyrənməliyik. Amma yenə də bu yalnız fikir oyunudur. Hər hansı konkret həll təklif edə bilmirəm.
 
- Fikri dağıtmaq, dəyişiklik üçün yaxşı vasitələrdən biri içkidir.
 
- Hə. Amma etiraf edim ki, seks də mənə yaxşı təsir göstərir. Seks özünü oldürməmək üçün yaxşı əsasdır. Orqazm yaxşı olanda morfi kimi təsir edir. Sadəcə çalışmaq lazımdır ki, cinsi akt daha uzun davam eləsin, tamamilə əldən düşəsən və yaxşı yuxulaya biləsən. Tez başa çatanda adam kədərlənir. Bu, postkoital (cinsi münasibət sonrası) kədər adlanır.
 
- Yuxudan xoşbəxt oyananda özünüzü necə hiss edirsiz?
 

- Dəhşətli. Oyanmaq dəhşətdir. Bu, mənim böyük problemimdir, xoş olmayan doğuş kimidir. Onda mən çoxlu qəhvə içməyə ehtiyac duyuram. Uşaqlar özləri üçün yeni dünya kəşf etdikcə sevinirlər. Amma ümumilikdə yuxu daha gözəldir. Şüura geri dönmək dözülməzdir. Bu, həyata qarşı ağır arqumentdir.
 
- Ölümdən qorxursuz?
 
- Əlbəttə, ölüm qorxusunun nə olduğunu bilirəm, daha pisi odur ki, ölüm ayrılıqla bağlıdır. Məsələn, itimdən çox yaşayacağımı düşünəndə ölümdən çox qorxuram. 
 
- İtiniz arvadınızdan daha vacibdir?
 
- Artıq belədir.
 
- Niyə itinizi çox sevirsiz?
 
- Çünki itim qəzet oxuya bilmir.
 
- Zarafat edirsiz?
 
- Zarafata cəhd edirəm.
 
- "Elementar hissəciklər" romanında yazırsız: "Yumor heç kəsi xilas edə bilməz“.
 
- Hə, inanıram ki, yumor son nəticədə nəyəsə yaramır. Mənim güclü mübtəla olduğum inanclarımdan biri yumorun yarasızlığıdır. Gülüş daha çox ümidsizliyə verilən əsəbi reaksiyadır.
 
- “Ümidsizlik ən qorxunc zarafatdır“.
 
- Kim deyib?
 
- Novalis.
 
- Razıyam. O adamlara aidəm ki, məsələn, qəhqəhə, hücum görəndə meydana çıxır. Bu, qeyri-adi bir şey deyil. Geniş yayılıb.
 
- "Platforma" romanınızda belə bir şey var ki, islam terroristləri qərb seks-turistlərinə hücum edirlər, qəhrəmanın da sevgilisi ölür. Belə təəssürat yaranır ki, onlar cəzanı haqq edirlər.
 
- Doğrudan, siz belə hesab edirsiz? Düzdür, bu xoş deyil, amma hardasa həqiqət var.
 
- Atanız haqda yazdığınız şeirdə deyirsiz: "O, mənimlə məhv etmək istədiyi siçovul kimi davranırdı“.

 
- Çox güclü təsvirdir. Tamamilə razıyam.
 
- Gəncliyinizdə ən böyük probleminiz o idi ki, sizi darıxdırıcı, çirkin, ortabab adam hesab edirdilər. Heç bir qız sizlə yatmaq istəməyib.
 
- Elədir, hiss edirdim ki, simpatik deyiləm, buna görə də valideynlərim məni rədd edirdilər.
 
- Yazırsız ki, əlim məni ölümə sövq etdi.
 
- Masturbasiyanı nəzərdə tuturam. Bu, maraqlı mövzudur. Çünki masturbasiya bir növ intihar kimidir. Ona görə də masturbasiyanı sevmirəm. Özümün özümlə sevişməyim xoşuma gəlmir. Amma hermofrodit olmağı istərdim. Təəssüf ki, cinsimizi biz seçə bilmirik. Qadın olmağı və vaginamın olmasını çox arzulayıram.
 
- Yoxsa, siz impotentlikdən əziyyət çəkirsiz?
 
- Yox, heç vaxt, amma mənim yaşımda bu təəccüblü olmazdı.
 
- Alen Rob Griye sizi “tamamilə ortabab“ adlandırıb. Deyir ki, siz yaza bilmirsiz.

- Onun dedikləri vecimə də deyil. Ro Griyenin bir neçə kitabını almışam, yalnız başlıqları yaxşıdır. Amma sona kimi oxuya bilmədim. Onlar məni darıxdırdı.
 
- Müasirlərdən kimi oxuyursuz?
 
- Rob Griyedən başqa hamısını. Mən indi hər şeydən çox ancaq oxumaq istəyirəm. Varlıyam və uzun müddət yaxşı yaşaya bilərəm. Bəzən daha yazmamağı da düşünürəm.
 
- Siz bunu bir müsahibənizdə demişdiz.
 
- Amma ciddi qəbul etməyin. Bunu əyyaş kimi deyirəm. Yəni adətən əyyaşlar heç zaman daha içməyəcəklərini deyirlər.
 
- Jan Jene də məşhur olanda özünün kreativliyini itirdi.
 
- Hə, amma bu, böyük itki deyildi.
 
- Jene əhəmiyyətli şair sayılır.
 
- Heç zaman belə bir şey eşitməmişəm. Lui Araqon, Pol Klodel və Fransis Ponj haqda bunu deyirlər. Bəzi qəribə adamlar Andre Bretonu da vacib sayırlar. Amma Jene? O, doğurdan da zibil yazırdı. Tamamilə kiçik müəllif idi.
 
- Buna baxmayaraq, icazə verirsiz ondan sitat gətirim?
 
- Bəli, buyurun.
 
- O deyir: "Mən istəyirəm ki, dünya dəyişməsin, çünki, bu halda dünyaya qarşı ola bilərəm“.
 
- Bu, onun çoxlu axmaq cümlələrindən biridir.
 
- Siz dünyanı dəyişmək istəyirsiz?
 
- Yox, mən onu təsvir edirəm. Amma hamının xoşbəxt olduğu dünyanı təsvir edə bilərəm. Mən həm də xoşbəxtliyə əsaslanan mədəniyyəti təsvir edə bilərəm. Mədəniyyət yaratmaq üçün bədbəxt olmaq lazım deyil. Yəqin ki, xoşbəxt dünyada roman daha olmazdı. Amma poeziya istənilən halda olardı, çünki, o pozitiv impulsdan yaranır. Şair həm də gözəlliyi tərənnüm edir.
 
- Siz məni təəccübləndirirsiz.
 
- Niyə?
 
- Çünki sizin media tərəfindən yaradılan imiciniz reallıqdakı ilə az üst-üstə düşür.
 
- Çünki məni tez - tez yanlış anlayırlar.
 
- Siz idealistsiz.
 
- Siz yox?
 
- Siz yerdə kommunizmin vəd etdiyi cənnət arzulayırsız.
 
- Bəli mən kommunistəm. İnanıram ki, praktik kommunizmin eksperimenti bir neçə ilə qiymətləndiriləcəkdi. Hərçənd, bu, alınmadı. Bu gün hökmranlıq edən kapitalizm çox amansızdır. Onu da düşünürəm ki, Stalinə başqa cür qiymət verilməlidir.
 
- Necə?
 
- O, qayda-qanun yaratdı. Höte kimi ədalətsizliyi qaydasızlıqdan üstün tuturam. Rusiyanın boğulduğu xaos şübhəsiz ki, dözülməz idi.
 
- Siz kütləvi qətlləri dəstəkləyirsiz ?
 
- Mən nəsə yorğunam. Qorxuram ki, bu söhbətdə gözəllik, həqiqət və xeyir arasındakı razılığı əldə edə bilməyəcəyik.

- Siz yaxşı adamsız?

 
- Yox.
 
- Ərəb baharı haqda nə düşünürsüz?
 
- Heç nə. Doğrusunu desəm, bu, mənim elə də vecimə deyil.
 
- Amma siz, islamı həmişə tənqid etmisiz, gənc ərəblərin də avropalılar kimi demokratiyanı, azadlığı dərk etməli olduğunu deyirdiz.
 
- Əgər insanlar hakimiyyətlərindən, korrupsiyadan cana yığılıblarsa, vəziyyəti dəyişmək üçün nəsə etməlidirlər. Bəzi ölkələrdə bəlkə də yenə islam partiyalarını seçəcəklər.
 
- “Adanın mümkünlüyü“ əsərinə film çəkmisiz. Filmə nə əlavə etmək istəmisiz ?
 
- Heç nə. Bu suala cavab vermək istəmirəm. Çünki istənilən cavab səfeh ola bilər. Əlbəttə ki, deyə bilərlər: bütün fransız yazıçılar film çəkirlər. Hərçənd, onların bir-biri ilə az əlaqəsi var: Marsel Paqnol, Jan Kokto və ya Saşa Qitri. Onlar doğurdan da çox fərqlidirlər. Sadəcə zərurət hiss etdim filmi çəkməyə.
 
- Dostunuz Frederik Beqbeder müsahibəsində deyib ki, rejissor kimi yumorunuz yoxdur.
 
- Mənə də deyib. Amma o yumoru yox, ironiyanı nəzərdə tuturdu. Deyir ki, kino və ədəbiyyat arasında böyük fərq, kino və ironiyanın ziddiyətli olmasındadır. Bu məsələdə onunla razıyam. Kinoda ironik olmaq mümkün deyil. Çünki ironiya çoxmənalılığa əsaslanır. Amma kino həmişə birmənalıdır.
 
- Yenə də film çəkəcəksiz?
 
- Doğrusu heç vaxt bilmirəm ki, növbəti dəfə nə edəcəm. Mən həvəslə plan quran insanlardan deyiləm./kulis.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.