Eldar Baxış - Gecə saat üçün-dördün söhbəti
02.05.13
Baxıram: Hamı yatıb, Meşədə - ağaclarımız yatıb, Çöməlib ağacların dibində turaclarımız yatıb.
Dillərini qoyub qarınlarına qapıda - itlərimiz yatıb.
Evdə - kitablarımızın arasında
Saitlərimiz, samitlərimiz yatıb. Coğrafiya müəlliminin çubuğunu yuxu aparıb Arazın üstündə, Ədalətin barmaqları bu saat yuxu görür sazın üstündə. Ürəyimizə baş qoyub səssiz-səmirsiz ümidlərimiz, arzularımız yatıb. Arxaçda fısıldaya-fısıldaya qoyunlarımız, quzularımız yatıb… baxıram: yuxu aparıb pişiyin səsini yükün arasında Uşaqlara nə var, Uşaqlar tumançaq uyuyub anaların laylasında.
|