Ramiz Rövşənin Elçinə yazdığı şeir
30.04.13
Sözlər (Elçinə) Bir vaxt daş kimiydi, kərpic kimiydi sözlər əlimdə. Mən şeir yazmırdım ki, sözlərdən ev tikirdim. Bir vaxt balta kimi, çəkic kimiydi, sözlər əlimdə. Mən şeir yazmırdım ki, öz içimi-çölümü dağıdırdım-tökürdüm. Sonra muma döndü ovcumda sözlər, Yandırdım, hərəsi bir şama döndü, o şamların işığında dünyaya baxdım-getdim. Sonra quma döndü ovcumda sözlər, Yavaş-yavaş o quma qarışıb axdım-getdim...
/525.az/
|