Nataliya Ginzburq - Cırıq ayaqqabı 
23.04.13

İtaliya yazıçısı (1916-1991)

     Mənim ayaqqablarım cırıqdır, hal-hazırda birlikdə yaşadığım rəfiqəmin ayaqqabıları da cırıqdır. Biz demək olar ki, tez-tez ayaqqabılardan danışırıq. Elə ki, gələcəkdə yaşlı yazıçı olacağımdan danışmağa başlayıram o, tez soruşur :  "Onda hansı ayaqqabıdan alacaqsan?"  Mən isə cavab verirəm ki, bir tərəfində qızıldan bəzək olan yaşıl zamşa alacam. 

Mənsub olduğum ailədə hər kəsin ayaqqabaları təzə və möhkəmdir.  Anamın ayaqqabıları çox olduğundan onları yığmaq üçün hətta bir balaca şkaf da düzəltməli olub. Nə vaxt evə gedirəm ayyaqabımı görüb başlayırlar hay-küy salmağa.  Ancaq mən bilirəm ki, hətta cırıq ayaqqabılarla da yaşamaq mümkündür.  Almanların zamanında Romada tək idim  və yalnız bir cüt ayaqqabım var idi. O da cırıq idi.  Əgər ayaqqabını düzəltdirmək üçün çəkməçiyə versəydim,  gərək iki-üç gün yataqda qalaydım, bu isə mümkün deyildi. Beləliklə, ayaqqabının yavaş-yavaş su buraxmasına, səkinin soyuğunun ayağamın altında hiss etməyimə  və nəmişlikdən görünüşünü dəyişməsinə baxmayaraq, hətta yağışlı günlərdə də bu ayaqqabını geyinmək məcburiyyətində idim. Bu səbəbdən indi də cırıq ayaqqabı geyinirəm, çünki bu mənə o günlərimi xatırladır. Həm də, bu ayaqqabı o ayaqqabıya nisbətən daha yaxşı vəziyyətdədir. İndi pulum olsa belə, ayaqqabı almaqdansa başqa şeylər almağı üstün tutaram, çünki ayaqqabılar daha mənim üçün çox da önəmli deyil. Əvvəllər çox ərköyün idim və ətrafımda məni sevən insanlar var idi. Ancaq o il  Romada ilk dəfə idi ki, tək idim. Mənə üzücü xatirələri və çox az yaşadığım xoş saatları xatırlatmasına baxmayaraq, Roma mənim üçün doğmadır. Rəfiqəmin da ayaqqabısı cırıqdır, buna görə də birlikdə bizə yaxşıdır. Rəfiqəmə geyindiyi ayaqqabıya görə bir söz deyən yoxdur. Bir qardaşı var,  o da kənddə yaşayır və ovçu ayaqqabısı geyinir. Yalnız o və mən yağış yağanda ayaqqabılarımıza daxil olan suyun təsirindən islanmış, çılpaq ayaqların nə demək olduğunu yaxşı bilirik. Bir də eşitidyimiz o özünəməxsus şappıltı səslərinin…

Rəfiqəmin üzü solğundur, sifəti isə kişi sifətinə bənzəyir.  Özü də qara müştük çəkir.  Onu ilk dəfə görəndə stolun yanında oturmuşdu. Gözündə dairəvi  tısbağa gözlüklərini, dişlərinin arasındakı qara müştüyü, sehirli və təkəbbürlü sifətini görüb onun çinli generallara bənzədiyini düşünürdüm. 

Bir-birimizi cəmi bir neçə aydır ki, tanıyırıq, amma mənə elə gəlir, sanki illərdir tanışıq. Rəfiqəmin uşağı yoxdur, mənim isə iki uşağım var. Bu ona çox qəribə gəlir.  Uşaqlarım kənddə yaşadığından, rəfiqəm onları heç şəkildə belə görməyib. Və bizim aramızda olan daha qəribə bir şey isə onun, yəqin ki, mənim övladlarımı heç vaxt görməyəcək olmasıdır. Müəyyən mənada onun heç bir problemi yoxdur və istənilən vaxt bu lənətə gəlmiş həyatdan imtina edə bilər. Ancaq mən bacarmaram. Qısacası, mənim uşaqlarım anamla yaşayır və xoşbəxtlikdən hələki onlar cırıq ayaqqabı geyinmirlər. Bəs böyüyəndə necə olacaq? Yəni, böyüyəndə görəsən necə ayaqqabı geyinəcəklər?  Öz addımlarını atmaq üçün hansı yolu seçəcəklər?  İnsanın təzə və normal ayaqqabı geyinməli olmadığı arzularınınmı arxasınca düşəcəklər, yoxsa əksinə təzə və normal ayaqqabıların vacib olduğu bir həyatımı seçəcəklər?

Rəfiqəmlə tez-tez bunu müzakirə edirik. Gələcəkdə - mən yaşlı və məşhur bir  yazıçı olanda, o çinli bir general kimi çiynində çantası bütün dünyanı gəzəndə, mənim övladlarım  müti insanlar kimi möhkəm və normal ayaqqabılar və durğun addımlarla və yaxud da ayaqqabıların heç də vacib bir şey olmadığını anlayan  insanlar kimi  geniş və tənbəl addımlarla öz yollarında addımlayanda dünya necə olacaq? 

Bəzən isə biz mənim uşaqlarımla, onun kənddə ovçu ayaqqabası ilə gəzən qardaşı uşaqlarının toylarını birləşdiririk.  Ve beləcə, tünd çay içə-içə gecə yarısına kimi söhbətləşirik. Bizim bir yatağımız və yerə salmaq üçün döşəyimiz var. Hər gecə mən onun yataqda yatmağını istəsəmdə, o, mənim yatmağım üçün təkid edir.  Səhər biz yuxudan duranda isə, cırıq ayaqqabılarımız döşəmənin üzərində bizi gözləyir.

Rəfiqəm bəzən deyir ki, işdən çox yorulub və daha heç nəyi vecinə almadan yaşamaq istəyir. Bir meyxanada oturub yığdığı pullarla səhərdən axşama kimi içmək istəyir. Və yaxud da qazı açıq, işıqları isə yanlı qoyub, yavaş-yavaş qazın və işığın evə yayılmasına şərait yaradaraq  bütün günü yataqda qalıb heç nəyi düşünmək istəmir. Deyir ki, bunu mən köçəndən sonra edəcək. Çünki, biz birlikdə çox qalmayacağıq, yaxın vaxtlarda mənə cırıq ayaqqabılar geyinməyə icazə verilməyən evə- anamın və uşaqlarımın yanına qayıdacağam. Anam mənim qayğıma qalacaq və gecə yarısına kimi yazmağıma icazə verməyəcək. Öz növbəmdə  mən də uşaqlarımın qayğısına qalacaq həyatlarını hədər yerə xərcləmələrinə icazə verməyəcəyəm. Hər zaman olduğu kimi yenə də onlarla olanda, indi olduğum kimi yox, daha ciddi olacağam, başqa bir insana çevriləcəyəm. O insana ki, onu rəfiqəm heç tanımır.

Saata baxacaq, hər bir işi düzgün vaxt bölgüsü ilə edəcək və hər bir şeyə diqqət və qayğı ilə yanaşacağam. Onlara qulluq edəcəyəm ki, ayaqları hər zaman quru və isti qalsın, çünki bu mümkün olduğu qədər belə lazımdır, ən azından uşaq olanda. Bəlkə də gələcəkdə onların cırıq ayaqqabılarda gəzməyi öyrənmələri üçün, uşaqlıqda sağlam və quru ayaqlara sahib olmalıdırlar.  

Italyan dilindən tərcümə etdi: Abuzər Cəfərov
Mənbə: literary.agta.az

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.