Şəmsəddin Təbrizinin “Məqalat” əsəri Azərbaycan dilində nəşr edilib

19.04.13

Şəmsəddin Təbrizinin “Məqalat” əsəri Konstitusiya Araşdırmalar Fondu tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan dilinə tərcümə edilərək nəşr edilib.

Bu fəaliyyət “Azərbaycanın və Şərqin böyük mütəfəkkirlərindən olan Şəmsəddin Təbrizinin “Məqalat” əsərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” layihəsi çərçivəsində həyata keçirilib. Azərbaycanın və Şərqin böyük mütəfəkkirlərindən olan Şəmsəddin Təbrizinin “Məqalat” əsəri Mehmed Nuri Gencosman tərəfdən Türkiyə türkcəsinə çevrilib. Tərcüməçi vəfat etdiyindən “Konstitusiya” Araşdırmalar Fondu onun varislərindən və “7 Tepe Yayın Ev”indən əsərin Azərbaycan dilinə tərcüməsi və nəşri üçün rəsmi icazə alınması üçün danışıqlar aparıb. Adı çəkilən nəşriyyat və Mehmed Nuri Gencosmanın varisləri ilə aparılan danışıqlar uğurla başa çatıb. “Konstituisya” Araşdırmalar Fondu ilə “7 Tepe Yayın Ev”i arasında müvafiq müqavilə imzalanıb. Bu müqaviləyə əsasən Fond “Məqalat” əsərinin türk dilindən Azərbaycan dilinə tərcüməsi və nəşri üçün hüquqlar əldə edib.

Bu tərcüməyə qaynaq olan əsas əlyazma Mövlana Cəlaləddin Ruminin nəslindən olan professor Fərudin Nafiz Uzluq tərəfindən mühafizə olunan bir nüsxədir Bu mətn 27/21 ölçüsündə və 326 səhifədir. Bundan əlavə Konya Mövlana kitabxanasında 2144 və 2145 saylı iki əlyazma ilə qarşılıqlı şəkildə tutuşdurulub.

Başqa bir əlyazma Tehranda çap olunub və yenə də F.N.Uzluq tərəfindən hədiyyə edilib. Bu əlyazmanın üzərində iranlı alim Əhməd Xoşnuvis bəzi düzəlişlər aprıb. Həmin əlyazmanı Mehmed Nuri Gencosman türk dilinə çevrilib.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor Rafael Hüseynov tərəfində tərcüməyə öz söz yazılıb. Muzeyin rəssamları tərəfindən kitabın üz qabığının tərtibatı hazırlanıb. Kitabın ölkədə fəaliyyət göstərən kitabxanalara, Elmlər Akademiyasının müvafiq institutlarına, ali məktəblərin kitabxanalarına təqdim edilməsi nəzərdə tutulub. Həmçinin kitabın elektron variantı da müvafiq elektron kitabxanalarda yerləşdirilmək üçün təqdim ediləcək.

Şəmsəddin Təbrizinin “Məqalat’’ əsəri təsəvvüf irsində qiymətli xəzinələrdən sayılır. Əsər Şəmsin xütbələri və söhbətlərindən toplanıb. İrfan aləmində Cəlaləddin Ruminin müəllimi kimi mühüm yer tutan Şəmsəddin Təbrizinin bu əsəri təsəvvüf barədə geniş məlumatlar verir və Qurani- Kərimin bəzi ayələrini təfsir edir. Əsər Şərqin bir çox övliyaları və mütə- fəkkirləri barədə də məlumatlarla zəngindir. Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Rəsul Mirhəşimlinin Azərbaycan dilinə tərcümə etdiyi Şəmsəddin Təbrizinin “Məqalat” əsəri bu böyük mütəfəkkirin söylədiklərini doğma dilimizdə oxuya bilmək üçün bir vasitə sayıla bilər. Şəmsəddin Təbrizinin “Məqalat” əsəri onun özü tərəfindən yazılmayıb, bu söhbətlər müridlər tərəfindən sonradan toplanaraq çap edilib. /qafqazinfo.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.