Zahir Əzəmət - Qadın sözlüyü
19.04.13
bizi tərk edən qadınlarla gedən yalnız ümidlər deyil hər dəfəsində sevişdiyimiz yerlər də yoxa çıxır
hələ bu harasıdı? balacam, pişiyim, sərçəm deyərdik… dip-diri sözlər yoxa çıxar dilimizdən…
eh, qadınlar yalnız qəlbimizdən deyil coğrafiyamızdan sözlüyümüzdəm gedər həm də…
nə sevişməyə yerimiz qaldı nə deməyə sözümüz…
yox olmağın zamanı gəldi
|