Məhsa Mehdili - Hər yerdə Təbriz var
18.04.13
TƏBRİZ
özümü itirdiyim yerdəyəm santım santım tapılmağım gəlir sürgünlüğündə Təbrizin
mısığın sallamış, adreslər dustaq qoxulu xiyavanlarında şəhidlərinə darıxır daş ürəyi özgürlüyün darıxdığı hər yerdə Təbriz var Şilidə Bəngladişdə Kubada Viyetnamda və təbrizsizləyən hər boğazda lallığını yaşayır insanlığın uzun dili Urmuda Qarabağda Urumçuda və təbrizdə, Təbrizdə Təbrizsizliyini yaşayır
qarınlar Təbrizi satır kimisi çörək alır kimisi güllə kimisi qan kimisi də qarnına daş bağlayır təbrizi başında saxlayır darların körpülərin bayraqların
başlarında Təbriz, başdaşlarından tikilib Arazı aşan körpüdə şəhidlər xiyavanı bülbüllər Təbrizi geyirlər dügünlərində və Qarabağda güllər Təbrizi soyunurlar güllələrilə sevişəndə və Təbrizə yerikləyir yaslı analar ağızlarındaki hər acı Təbriz dadı verir
və Təbrizin santım santımında Təbrizi daşıyırTəbriz Təbrizi eyidir Təbrizi böyüdür özgürlükcə bir Təbriz doğur Təbriz yenə Təbriz olur Təbriz
|