Rasim Qaraca - Bizim xəyal gücümüz
17.04.13

İnsanın ən böyük qazancı nədir bilirsinizmi?

Bəs, insanın ən böyük uğursuzluğu?

Birinci suala indi cavab verirəm, ikinciyə ən sonda.

İnsanın ən böyük qazancı onun xəyal gücünün olmasıdır. Biz Kosmik Təfəkkürün bir parçasıyıq, insana sonsuzadək düşünmək, xəyal qurmaq imkanı verilib, fantaziyalarımızın qarşısını alacaq heç bir hədd və hüdud olmamaqdadır. Lakin çeşidli səbəblər üzündən insan bu yeganə, mislisiz sərvətdən özünü məhrum edir. Fantaziyalar ürətən sənət adamları bu qeyri-adi bacarıqlarına görə hörmətə layiqdir, onların əsərləri də buna görə qiymətləndirilir - kim daha çox xəyal qura bilir və ya bilər. Biz xəyal gücümüzü qanadlandıran əsərləri əbədi olaraq yaddaşımıza yazırıq, xəyal gücümüzü alovlandıran qaynaqları durmadan soraqlayırıq və axtarıb tapırıq. Elm və texnikanın fantastik oyuncaqları bizi yaşamağa həvəsləndirir, romanlar, filmlər, rəsm əsərləri həyatımızı mənalandırır. Şairlər buna görə özəl insanlardır: sözlərin kiçicik kombinasiyası ilə bizim xəyal dünyamızda böyük dalğalanmalar yaratmağı bacarırlar. Avtoritar hakimiyyətlər xəyal motoru güclü olan insanların susmasında maraqlıdır, buna görə şairlər, sənət adamları satın alınır. Xəyal gücü olmayan insanları idarə etmək çox asandır.  
Riçard Baxın "Meraklılar" adlı romanında dağ gəlinciklərinin həyatından bəhs olunur. əsərdə belə bir səhnə var: müəllim dağ gəlinciyi öz şagirdlərini - balaca dağ gəlinciklərini yanına salıb bir təpənin üstünə qalxırlar və göyüzündəki ulduzları seyretməyə başlayırlar. "Kainatda milyonlarca ulduz var və bu ulduzlardan biri sizindir. Tamamən sizin. Onu görən kimi tanıyacaqsınız. Həyatın qarşınıza çıxardığı imtahanlarda və çətin günlərinizdə o ulduz hər zaman sizinlə olacaq."

Uşaq yaşlarında övladına bir ulduz bağışlayan ata-ana artıq həyatının ən önəmli görəvini yerinə yetirmiş sayılır. Yəqin bütün bunlara görədir, uşaq yazarları bizim ən çox sevdiyimiz yazarlardır və qəlbimizin ən dərinliklərində onlara sayqıyla yer veririrk, böyük yaşlarda oxuduqlarımızı tezliklə unuda bilirik. Bizim xəyal quşumuzu qanadlandırdıqları üçün onlara olan minnətdarlığımız sonsuzdur.
Bəlkə də buna görə insan öz uşaqlıq ideallarına sadiq qalmalıdır, nəyin bahasına olursa olsun onu qorumalı, ötəri şeylərə qurban verməməlidir.

Ancaq həyatda biz bunun əksini görürük. İnsanlar özlərinin kiçik maraqları üçün, yeganə misilsiz sərvətləri olan xəyal güclərindən vaz keçirlər. Özəlliklə idarəçilik aparatları, firma və ya dövlət olsun, öz təbəələrinin xəyal gücünü mümkün qədər buxovlamağa çalışır.

Müxtəlif dinlər, idealogiyalar insanın xəyal gücünü əlindən almaq üçün birər vasitələrdir. İnsanlıq keçmişin "olmaz" işarətləri ilə dolu olan qaranlıq labirintindən bizim bu günlərədək milyonlarca qurbanlar verərək gəlib çıxmışdır. Hər şey yalnız bir şeyin naminə edilmişdir: İnsan xəyallarının qarşısında heç bir sədd olmamalıdır. Azadlıq məqsəd deyil, vasitədir: Azadlıq insanın öz xəyalları ilə baş-başa qalacağı bir dünyadır. Buna görə qiymətlidir. Buna görə çətinliklə əldə ediləndir.

İkinci suala cavab vermək istəyirəm. İnsanın ən böyük uğursuzluğu - öz xəyal gücünü satmasındadır. İstər pula, istər şöhrətə, istərsə rifaha. Öz uşaqlığına xəyanət edən insan ən rəzil insandır. /qaynar.info/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.