Kənan Hacı - Sən getdin, soyuğun qaldı canımda...
10.04.13
Sənin soyuqluğun çıxmır canımdan, pəncərəmdə çiliklənir Günəş, bu yaşın soyuğu mənə bəs idi, sən niyə soyudun sinəmdə birdən?.. Ömrün yolu qısaldıqca sən ən uzun yola döndün, sağda ciyər parçalanıb, solda ürək dözür hələ, sola döndüm - sənə döndüm, soyuq Günəşim. sənin soyuqluğun çıxmır canımdan...
Sən getdin, soyuğun qaldı canımda, məndən öndə yüyürən ümid sənə çata bilmədi, ümiddən itidir addımların da, buz bağlamış sükutu son nəfəsim əridəndə məndən sənə xəbər gələr, deyərlər ki, soyuqdəymədən öldü, sənin soyuqluğun çıxdı canından...
|