Yunis Əmrənin yayımlanmamış şeirləri tapılıb
09.04.13
Yunis Əmrənin daha əvvəl yayımlanmamış 17 şeiri tapılıb. Ahi Evran Universitetinin müəllimi böyük şairin 17 şeirini üzə çıxarıb.
Ahi Evran Universitetinin Ədəbiyyət Fakültəsinin türk dili və ədəbiyyatı müəllimi, professor Məhmət Fateh Köksal bir il əvvəl İstanbulda ikinci əl kitab satan bir mağazadan bir neçə köhnə əlyazma aldığını söyləyib. Əlyazmalardan birinin Yunis Əmrə Divanı olduğunu görüncə şeirləri araşdırmağa başladığını deyən Köksal universitetdən bəri Yunis Əmrənin pərəstişkarı olduğunu deyib. Şeirləri diqqətlə araşdırdıqdan sonra onlardan 17-nin yayımlanmadığını öyrəndiyini bildirən Fateh Köksal kitabın 17-ci əsrə aid olduğunu qeyd edib: "Şeirlər həqiqətən çox orijinal və gözəldir. Yunis Əmrənin dilini, üslubunu bilənlərə bir-ikisini oxuyunca tərəddüd qalmaz. Məndə heç bir tərəddüd qalmadı. Dil, üslub tamamilə Yunis Əmrənindir. Digər şeirlərindən geri qalmır. 17 şeirin 13-cü əsrdən bəri üzə çıxmamasının və yeni təsbit edilməsinin mühüm olduğunu düşünürəm".
Kitabda 200-dən çox şeir olduğunu qeyd edən Köksal Anadoluda Yunis Əmrə və digər şairlərin tapılmamış bir çox əsərinin ola biləcəyini güman etdiyini deyib. /trtazerbaycan.com/
|