Raqif Raufoğlu - Getmək istədiyim şəhər
08.04.13
Əgər mən çıxıb getməsəm, Sənin darıxmağa heç kimin olmayacaq bir də. Get-gedə getmək də istəməyəcəksən, Getmək istədiyin şəhərdən. Səni gözləyən də olmayacaq Getmək istədiyin şəhərdə… Əgər sən çıxıb getməsən Bu yorğun adamların arasından bir gün. Getmək istədiyin şəhərə oxşayacaqsan Hər gün. Axırına çıxacaq bax bu məqamlar: Ömrün boyu barmaqla göstərib “Getmək istəyən adam” çağıracaqlar səni. Əllərindən çıxıb getmək istədiyin adamlar... Əgər sən çıxıb getməsən Bu adamların sonuna. Hər gün zəng gələcək telefonuna: - Gəl, gəl borcunu ödə. - Borcu? Mən? - Yox dədən. Əlbəttə sən. Ata borcu! Ana borcu! Vətən borcu! Və adına yazılan hər gələn borcu!.. Əgər sən çıxıb getməsən İndi özündən Həmişə axtaracaqsan özünü Soruşacaqsan hərdən Səni axtarmayan adamlardan. Bütün getməyənlər özünü axtaracaq səndə Qalmaq abidəsi qoyulacaq qaldığın yerdə. Beləliklə, sən Mənim kimi heç vaxt Getmək istədiyim şəhərdən çıxıb Getmək istədiyin şəhərə gedə bilməyəcəksən
05.04.2013
Avanqard.net
|