Ötən il İranda həbs olunan şair Fərid Hüseynin “Qandalı görməsin” adlı kitabı çap olunub.“Qafqazinfo.az” saytının kitabxanası seriyası”ndan çap olunan kitabda F.Hüseynin 4 ay ərzində həbsxanada keçən günlərindən bəhs olunur. Kitabda “Edam dəhşəti”, “Qorxu”, “Təbriz həbsxanasına gedənəcən” və s hissələr yer alıb. Kitabda günahsız yerə həbs olununa iki insanın həyatından, məhbusların zülmündən və hücrələrin dəhşətindən bəhs olunur.
F.Hüseyn kitab haqqında məlumat verərək bildirib ki: “Bu gün də başda Cənab Prezident İlham Əliyev olmaqla azad olunmağımızda xidməti olmuş hər kəsə təşəkkür edirəm. Minnətdaram. Kitabın müəyyən hissələri qafqazinfo.az saytında dərc olunduğuna görə düşündüm ki, nankorluq etməyim, kitab elə saytın kitabxana seriyasından çap olunsun. Hər şeyə görə təşəkkür edirəm. Ümid edirəm ki, kitab oxucuların marağına səbəb olacaq”. Kitabın redaktoru İlahə Ucaruh və Etimad Başkeçiddir.
Bundan başqa, şairin son illərdə yazdığı şeirlər və esselərdən ibarət “Dözmək üçün məşq” adlı şeirlər və esselər kitabı da işıq üzü görüb.
Avanqard.net