Xanəmir Telmanoğlu - “Ramiz Rövşəni ciddi şair qəbul etməmişəm”
05.04.13

AYB-nin ədəbiyyat müsabiqəsinə münasibət...

Ey dadi bidad danəndə dəhan dərviş d....
Mən bu məktubu sizə sizin içinizdən, sizə uzaq olan içinizdən yazıram. İçinizə dərin-dərin baxış keçirə bilsəniz, hamınızın var olmuş, amma üzə çıxara bilmədiyiniz səmimiyyətinizin tam yanında olduğumu görərsiniz. Ona görə də, döyülsəniz də, dözümsüzsəniz də,  dinləyin.
Dostların sözünü heç eşitmək lazım deyilmiş. Eşidəndə də belə olurmuş.
Ey əlahəzrət ədəbiyyatın ədəbsizliyə əyilən, əyləncəlik ələyən və əsəblərimin əhatəsində əzəmətini əsirgəməyən əmanəti! Mənim də bir neçə kəlməlik sözüm var.

Niyə görəsən bunlar ədəbiyyatdakı tülkülüklərini gözdən salırlar? Heç olmasa tülkülüyünüzü qoruyun. Tülkülüyünüzün tükənməz tamahına asi düşməyin, əfəndilər!!!!
Niyə dərənin xəlvətliyində tülkü bəyliklərini  bəyənməyib, həmən  ədəbi  xəlifəliyə xətircam olub xəstə sənət təxəyyüllərinə taxt quran bu binəva varislər, hansı sənətin və əxlaqın əyilməz əmanətinə rəməl atdıqlarının tullanılmış tumu, tənəklənmiş tamıdır?

Poeziya ilə əlaqəli onu deyə bilərəm ki, bu müsabiqədə iki qəbulolunmaz  yanlışlıq və kökündən köhnə və kinli (ə) görünən münasibətlərin mübadiləsi  vardı. Bir, Ramiz Rövşən heç vaxt  özündən kəskin şəkildə şuğlanan fərli fərdlərin faydalı əsərlərini görə bilməz. O, çalışar ki, təqdir, təbliğ, təmsil, təhsil, tekstil, təhlil elədiyi  şairin şeirləri həmişə himayəsində hərlənsin.

İki, münsiflər heyətinin dışındakı “münbit” münasibəti məharətlə həzm elətdirməyə çalışan, o da hamımız kimi daş daşıyıb şeir yazan digər bir qələm dostumuzun barəsindəydi. Məsələn, “müsabiqənin münsifsiz qalibi  və qəhrəmanı Aqşin olmalıdr”. Hansı yanaşma və açıqlamayla bu fikri əsaslandırmaq mümkün? (Söylədiklərimin Aqşinin özünə aidiyyatı olmadığını bildirmək istərdim:-x.t.)  
Onu deyim ki, müsabiqəyə qatılan elə imzalar vardı ki, hesab edirəm onların kitabları oxunulmadan bir tərəfə atılsa da, o şairlərinin bir neçəsinin sənət baxımından yazıları çoxlarının çaxırlanmış, sonra da üzə çıxarılmış yaradıcılığından yararlı və ovxarlıydı.  

Ramiz Rövşəni şəxsən, heç bir zaman  ciddi bir şair olaraq qəbul etməmişəm. Yaradıcılığını heç bir alt yapısı olmayan adi şeir-şər nümunələri kimi  kərəntiliyərək dəyərləndirmişəm. Şeirlərindəki sənətə yasaq yalanının və palanının həddsiz Hidayətə dözməyən dozası müqabilində elə bir ciddi fəxri füqur olmadığının fərqinə varmışam. Ramiz Rövşən,  görəsən, (görüm kövrəlib göyərəsən)  utanmağın unudulmaz  umacaq  hümasını  xatırlayaraq diksinirmi, qafil?
Dəhşətə baxın ki, 21-ci əsrdə ədəbiyyatla bağlı dünyanın ortasında bir müsabiqə keçirələr, onu da şəxsi münasibətlər, dostluqlar, bir-birindən asılılıqlar üzərindən dəyərləndirələr, bu vicdanını dövriyyədən çıxarmaqdan başqa bir şey deyil.

Dünya ədəbiyyatındakı imzalarla, dünya şeir nümunələri və mətnləriylə kifayət qədər mən də tanış olmuşam. Hələ bilmək olmaz kimin ədəbiyyatla tanışlığı  nə qədərdir? Mən də yaxşı başa düşür və anlayıram ki, sənətlə bağlı olan istənilən müsabiqədə ilkin şərt  təqdim olunan əsərlərin orjinallığıdır, özünəməxsusluğu, yeniliyidir. Bəlkə razılaşmayasınız mənimlə???

Ədəbiyyata yaxından-uzaqdan bələd olan gündən heç bir müsabiqə, nə bilim yarışma kimi....Azərbaycanda keçirilən avantürist mövqelərin içində olmamış, qatılmamışam. Onun da səbəbi, bu işlərin içində bizzat olan adamların düzgün xarakterə, kimliyə, kişiliyə, inanca, məqsədə, əmələ sahib olmaması haqqında gəldiyim kəskin qənətim olub. Xeyir, əsla düşünülməsin ki, Azərbaycan ədəbiyyatında namuslu insanlar yoxdur. Var, özü də həddindən həsəd hasil edəcəyin şəkildə. Ancaq bu “oyunlarda” sənət ayrımçılığından  aparıcılığı əldə eləmişlərin heç birini kümələyib kəhanətin kəramətinə kəbinlənmişləri düzgün insan kimi dəyərləndirə bilmərəm. Bu insanların hər biriylə üz-üzə gəlməyə, sözümü üzlərinə deməyə də hazıram.

Yenə də olsun ki, bu insanların arasında, arxasında bəlkə də özünəxas yaradıcılığı, yarımçıqlığı, yaradıcılıq  uğurlarını, oğurluğunu məharətlə haqlamış qələm sahiblərinin siması az deyil. Məsələ ondan ibarətdir, ibrətamizdir ki, haqqında danışdığım, haqqını daşıdığım, haqqını deşdiyim  adamların əxlaqı və xarakterləri, ədəbiyyatımıza kifayət qədər öz zərbəçi zərbəsini zarıya-zarıya da olsa  vurur, ədəbiyyat inamı, ədəbi mühitə qarşı qarışıq, həm də çoxdan qırışığı açılmayan, həm də qurumuş  marağı gözdən salır, yazı, söz adına işlənəcək  hər hansı bir ürəkaçan nüansın üzərindən cəhənnəm,  cəhalətlənmiş qarışıq xəttini mərdimazar maskasının eskizləriylə malalayaraq çəkib durur.

Özümü bu ədəbi mühitin məsum  içində indi hində aktiv görünməsəm də, azdan-çoxdan militan, “riyakar”  rolumdan da xəbərim var. Heç vaxt sinəsi ələmlə dolu qələm əhlinin ələdüşməz əzabının bu qədər iyrənc oyunlarla uğraşıb, məşğul olmağını təsəvvür etmək istəmirdim. Ancaq  necə derlər,  olanlar  gürzə ilanların da  gözünün qabağında qaralır. Kimlərsə elə zənn edir ki, zaman onların  otuzunda tuzuna  atdığı addımdan ibarətdir. Bunlar bir daha zənn edirlər ki, (kimliyindən asılı olmayaraq) “bahalı” başlarını kolun kəhanətinə basıblar (soxublar), kimsənin  onların çilvələnən çığalarından xəbəri yoxdur. Sabah onların hər biri haqqında atılan ən balaca (elədiklərinin müqabilində başqa nə gözləyə bilərlər ki?) addıma qarşı qırışlarını çoxaldıb necə dözümsüz dayanacaqlarını  görəcəksiniz.

Müsabiqəyə hər kəsimdən kifayət qədər maraqlı ölkə yazarları qatılmışdı. Müsabiqənin gedişatında kim nə cür tavr sərgilədi, onunla hələlik istisi üz qarsan işim kiməsə ilişəsi deyil. Rahat olsunlar. Ancaq yaxşı olardı ki, bu müsabiqə oyunbazlığının gedişatını  vaxtında görmüş hörmətli  Kamal müəllim, heç olmasa, kimlərinsə xətirinə dəyməyini nəzərə almayaraq, açıb hər şeyi mətbuata  bildirərdi. O zaman hesab edirəm ki, Kamal müəllimin və müsabiqədən sonra bir-bir geri – geri  çarəsizliklə çəkilən, qəmi QAM-lara şayan  qələm dostlarımızın aldığı (verdiyi) qıyqacı qərarlar daha səmimi, daha içdən, cəsədlər su üzünə çıxarılaraq, daha cəsarətli sayılacaqdı.

Onu da qoyum, bunu da  qeyd edim ki, müsabiqəyə məsul təyin edilmiş adamlar elə düşünməməlidir ki, onlar nə istəsələr, necə istəsələr hərəkət edib, əxlaq nümayiş elətdirməlidirlər. Bu şərlə damğalanmış adamlar birbaşa ədəbi ictimaət qarşısında məsuliyyəti dartınaraq  daşıyırlar. Münsiflər təqdim olunan əsərlər üzərində seçimi edərkən imanlarını, vicdanlarını  və ədəbi zövqlərini nəyinsə xatirinə bir tərəfə qoyub, artıq kimlərinsə, yaxud da mental yazar ədəbazlığını alətə çevirməklə, sənət prinsiplərini  gözardı edərək qaramat basmış “hə”lərini diriltməklə Şeyx Nəsrullahlıqlarının bayrağını qaldırmamalı idilər. Ən azından əllərini illərdir içində olduqları sənət məbədinin iz qaytarmaz qara daşına basıb, tanış olduqları müəlliflərə qarşı unudulmayacaq haqsızlıqlarına rəvac verməməli idilər. Ancaq verdilər. Hər şey şərin damazlıq saydığınız bitiylə, birəsiylə bitdimi düşünürsünüz? Mən bu müsabiqə oyunun şeytanına çevrilmiş sənətin cinayət ustalarını tövbə etməyə çağırıram. Qalxıb da kişi kimi hər şeyi ətrafa ərinmədən etiraf etsinlər. Desinlər ki, bəli, bizlər münsif kimi yolverilməz, dağlar aşılmaz, dərələr keçilməz səhvlər etmişik, bağışlayın. Şəxsən mən bağışlayanam. Onların gün diksinən günahlarını özlərinə hədiyyə edirəm. /publika.az/
 

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.