Xosrov Barışan - Təbrizin axşamlarında bir qurd yaşarmış...
05.04.13
Bəzən ağır gəlincə içindəkilər dışındakılardan; Ağlayarsan... Yollar... Durqun sudaki ilan kimi Qıvrılıb hey uzanar, Yorularsan... Artıq sən Yaşayışıvı Yuxularında yaşayarsan! Hərzad vardan da yalan kimi, Anlayarsan! Qorxulu bir üz olar sevdiklərin Çığırıb... Çığırıb... Öz səsindən diksinib Oyanarsan..!
Sözcüklər ulduz kimi yekələr Dərinliyivin gecəsində Şeirlər qoşarsan. Quşqu bir batlaq kimi... Tumansız, dünyanın düz ortasında Çabaladıqca batarsan..! İçində boğulmuşlar Saatsız bir bomba tək, Cənnətivə yetişmədən Cəhəndəm yaradarkən Patlayarsan! Orta doğunu savaşlar basar..! Orada sən; Ədalətsiz bir sərhəddə doğularsan. Və hemofili bir yara kimi Qanayarsan! Ha əlləşərsən dilsiz bir ağızda danışmağa Ha əlləşərsən dilsiz bir ağızla danışmağa; Nəft boşqaları silahlara çövrülər, Satılarsan..! Özü də bir çolaq qarışqaya qıymadan Üzü yuxarıda Axsayarsan. Ayaqların çəkə bilməz köndələnliyivi, Yıxılarsan. İçin pozar niqabivin boyasın, Çürüyüb... Çürüyüb... Yox olarsan!!!
Ah... Nə qərib şeydir Sevdiklərin üçün Sevmədiklərivi sevmək! Barmağın ağzında hey soruşarsan. Və çarəsiz Adət etməyə çalışarsan.
***
Təbrizin axşamlarında Yalqız, Çolaq bir qurd yaşarmış, Kimsə eşitməzmiş Səsini Kimsəyə duyurmazmış Səsini Öz içinə ularmış!!. Öz içində ularmış!!.
|