Anar Amin - Adnalıdan Qarğılıya
05.04.13

( ixtisarla )    
        
Haqqında çoxdan yazı yazmaq istəyirdim, ancaq hər dəfə elə bil kimsə, nəsə mane olurdu, alınmırdı...

Bəlkə də yaradıcı adam üçün “alındı” qədər sevincli, “alınmadı” qədər kədərli heç nə yoxdu dünyada...

Boğulmaq da olmur, dayazdı dünya...
Bu ömrün dibi var, dənizi yoxdu.
Durub tullanasan bir çəpər üstən,
düşəndə görəsən-Yer üzü yoxdu...

Bu bəndi yazmaq üçün kənddə böyüyüb, boya- başa çatıb, çəpərlərlərin üstündən tullanıb, şəhərə gəlmək lazımdı...

Kənddən şəhər dumanlı görünsə də, şəhərdən kənd aydın görünür. İstedad sənə kənddə qalmağa imkan vermədi, əlindən tutub rayona, ordan da paytaxta gətirdi. Bəlkə də sən kənddə qalsaydın...

Yaxşı ki, qalmadın. Allahın sənə inayət etdiyi istedada xəyanət etmədin. Kənd istedadı böyüdüb boya-başa çatdırır, şəhərsə təsdiq edib, tanıtdırır.

Bəlkə də tanınmaq çox asandı, sevilmək isə həddindən artıq çətindi. Ad çəkmək istəmirəm, o qədər tanınıb sevilməyən yaxud sevilən, ancaq oxunmayan yazarlar var ki, istəmədiyin qədər.

Sən həyatın acısına, şirinliynə, çətinliklərinə dözüb, istedadını cilalayıb şəffaf və parlaq eylədin.

Çətinliklər könlünü qırıb, ruhunu qaralda bilmədi.

Dünya sənin gözündə dar və qaranlıq daxmaya bənzəyəndə də ironiya etməyi bacardın.

Ya sök, ya tik, nə fərqi var,
bu daxma düzəlməyəcək.
Gəl  sənə təsəlli verim,-
darıxma, düzəlməyəcək!

Deyib gülümsədin...

Tanınmaq və seçilmək, sevilmək və oxunmaq  şirin arzudu. Bunun əksi isə acıdı.

Bəlkə də sən bunların heç birini arzu etməmisən deyə dördünə də nail olmusan. Arzu edənlərsə nail ola bilmədilər. Nə isə...

İnsan nə qədər ki arzunun dalınca qaçır, arzu kölgə kimi uzaqlaşır. Elə ki arzudan üz çevirir, arzu ona tərəf yaxınlaşır.

Sən arzularından üz çevirən şairlərdənsən. Həyata keçməyəcək arzuları arzu etmək, susuz quyularda su axtarmaq kimi bir şeydi.

Saqi, bu quyudu, yoxsa ki badə?...
Gəzirik bir atın üstdə piyadə...
Buğda dırmaşdırır min ildi Adəm
Həvvanın uçulmuş qız divarına.

Ayağını vətən torpağına yox, döşəmə asfaltlara basan bəzi qələm yoldaşlarım yəqin ki məndən inciməzlər. Kənddə doğulmadıqları üçün su quyusuyla yaxşı tanış deyillər. Elə buna görə də badəni quyu, quyunu badə kimi görə bilmirlər.

Başa düşməyənləri başa salmaq sənin yox, bəlkə də mənim borcumdu. Harda kənd varsa orda quyu var, harda quyu varsa orda yaşayış var...

Kənddə su quyusunun ətrafını yerdən dörd-beş daş hündürlükdə hörürb iki tərəfindən haçalı dirəklər basdırırlar. Bu dirəklərin üstünə çarx qoyub, kəndirin bir ucunu çarxa, o biri ucunu vedrəyə bağlayıb quyudan su çəkirlər...

Ətrafı dörd-beş daş hündürlükdə hörülmüş bütün su quyuları badələri xatırladır.
Bəlkə də sən haçansa ot biçinindən, dəryazdan susuz gəlib quyunu badə kimi qaldırıb başına çəkmək istəmisən. Görəndə ki badə yox, su quyusudu, bəlkə də bu sətri elə o quyunun başındaca demisən: “Saqi, bu quyudu yoxsaki badə?...”
 
Quyunun başında xeyli xəyala dalandan sonra əl-üzünü yuyub:  Surə nənənin günortaya bişirdiyi yeməkdən doyunca yeyib, bir-iki saat yatmısan...

Yuxunun şirin vaxtı kimsə səni oyadıb. Durub görmüsən ki Əliağa baba dəryazı itiləyib suya qoyub. Dəryazını götürüb, atı minib getmisən ot biçməyə...
 
Kənd uşaqlarının demək olar hamısı at çapmağı bacarır. Ancaq atın üstündə piyada gəzməyi hamı bacarmır. Yadımdadı mərc gələrdik görək at gedə-gedə kim atın üstündə neçə dəfə o yana, bu yana yeriyə bilər. Mən həmişə mərcdə udardum. Bəlkə də on dəfə, on beş dəfə, atın çiyinlərindən sağrısına, sağrısından çiyinlərinə addımlayırdım. Görünür sən də atın üstündə o yana, bu yana az gəzməmisən.

“Gəzirik bir atın üstdə piyadə...” Bu misraya kimsə gəlişi gözəl deyim, ya da söz oyunu deyə bilər. Bəlkə də bu misranın alt qatında oxucuya demək istəyirsən ki: “İstər maşında,  istər vertaliyotda, istər qatarda, istərsə də at belində insan addım atırsa, deməli piyadadı.

Harda olursan ol, nəynən gedirsən ged, sən həmişə piyadasan.
 

Sənin doğulduğun kənd cənubu Azərbaycanın kəndlərinə çox yaxındı.  Balharı çayının o tayında da, bu tayında da elə mollalar olub ki, hansısa duanı oxumaqla buğdanı divara dırmaşdırıblar. Sən ya o mollaları görmüsən, ya da onlar haqqında eşitmisən. Yoxsa...
“Buğda dırmaşdırır min ildi Adəm
Həvvanın uçulmuş qız divarına”.


Sənin dəqiq müşahidə qabiliyyətin təkcə məni yox, müşahidə edə bilən hər kəsi heyrətləndirir.

Əzizim Salam, neçə illərdi ki şeirimizin Sarvanısan.

Sənin nəyin ki şeirlərini, misralarını belə təhlil etmək çətindi.

Mənim gücüm sənin bir-iki misranı ala-babat yozmağa çatdı.

P.S. Doğum günün mübarək olsun! AMİN!!!
Sayqılarla Anar AMİN

Bakı: 10.08.2011

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.