Əlisəmid Kür - Gecələr sən yatandan sonra
04.04.13
Gecələr sən yatandan sonra Öpürəm alnından, Keçirəm yan otağa – Bir ağ varağa yoldaş olmağa.
Ürəyim atlanır varağın üstə Sənə xəyanətim - yuxusuz gecə İndi bax, indi bax, Məni silkələyən səs qoşulub Unudub özümü çıxıb gedəcəm.
Gecələri yatmadığım günlər artır – Sözlərim bir yandan. Hansı misram oyaq deyilsə, Yatır mənim əvəzimə.
Üstü açıq yatır narahat sözlər, Səksənib ayılsan Üstünü örtərsən misralarımın..
Gecələr sən yatandan sonra Öpürəm alnından, Keçirəm yan otağa – Bir ağ varağa yoldaş olmağa.
|