İranda Azərbaycan dilində kitab nəşr edildi
04.04.13
Sədi Şirazinin “Gülüstan” əsəri İranda Azərbaycan dilində nəşr edilib.
Sədi Şirazinin dünya şöhrətli “Gülüstan” əsəri İranda ərəb qrafikası ilə Azərbaycan dilində təkrar nəşr olunub.
İki min nüsxə ilə çap olunan kitabın 6-cı və 7-ci səhifələrində yerləşdirilmiş cədvəldə latın və ərəb qrafikalı Azərbaycan əlifbalarının hərfləri, söz və söz birləşmələri yerləşdirilib.
Bu nəşr Rəhim Sultanov, Məhəmmədağa Sultan və İsmayıl Şəmsin tərcüməsi əsasında 1987-ci ildə “Azərnəşr”də çapdan çıxmış kitab əsasında hazırlanıb. /AzərTAc/
|