Məşhur yazıçı: "Bir neçə aylıq ömrüm qalıb"
04.04.13
Məşhur şotland yazıçı İen Benks ona öd kisəsi xərçəngi diaqnozu qoyulduğunu və yalnız bir neçə ay ömrü qaldığını açıqlayıb.
Benks bir ildən çox yaşamaq ehtimalının olmadığını və üzərində işlədiyi "The Quarry" romanının böyük ehtimalla sonuncu kitabı olacağını bildirib.
59 yaşlı yazıçı ömrünü uzatmaq üçün kimyəvi terapiyaya müraciət edib-etməmək barədə hələ qərar qəbul etməyib.
Qeyd edək ki, Benks bədii və elmi-fantastika janrında əsərlər yazır. O, ilk kitabı "The Wasp Factory"("Eşşəkarısı zavodu")-nu 1984-cü ildə çap etdirib. Elmi-fantastika janrındakı ilk əsəri "Consider Phlebas" isə 1987-ci ildə dərc edilib.
2008-ci ildə "The Times of London" tərəfindən tərtib edilən "1945-ci ildən sonra yazan ən yaxşı 50 Britaniya yazıçısı" siyahısına daxil edilən yazıçılardan biri də Benks olub. /ann.az/
|