Dalay Lama Nizami Gəncəvidən yazdı
03.04.13
Dalay Lama Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə məktub ünvanlayıb.
Dalay Lama Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Azərbaycanda təşkil edəcəyi Cənubi Qafqaz Forum ilə əlaqədar fikirlərini bölüşərkən bildirib ki, hörmətli Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kollektivinə, Dalay Lama Həzrətləri 12-ci əsirdə yasamış Azərbaycan şairi Nizami Gəncəvinin insan hüquqlarına belə həssaslıqla yanaşdıqını araşdırmanız və əsərlərində insan hüquqlarını təbliğ etməsini görmək çox təsirləndiricidir və bir örnəkdir.
21-ci əsrin utanc verici bir hal olan qadın alveri, insan hüquqlarının pozulması kimi qlobal problemə 9 əsr bundan öncə yaşamış bir mütəffəkir Nizaminin ona qul olaraq göndərilən qadını azad edərək, onu kənizi etməsi qadına göstərdiyi qayğı cəmiyyət üçün çox önəmli bir haldır. Bəşəriyyətin anlaşması və birliyi baxımından, bu günki dünyanın dərin qarşılıqlı bir təbiətini anlamaq, bu qlobal məsələnin həllində effektiv beynəlxalq fəaliyyəti qurmaq üçün Nizami kimi ümumbəşəri dəyərləri birləşdirən mütəffəkkirlər müstəsna rol oynayır.
Mərkəzin bəşəriyyət üçün önəmli olan problemlərə belə diqqətlə yanaşmasını yüksək qiymətləndiririk. Xoş arzularla, Dalay Lama Həzrətlərinin Katibliyi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı Gəncə şəhər İcra Hakimiyyəti və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılır. /olkem.az/
|