Kənan Hacı - İnsanları oxumaq daha maraqlıdır
30.03.13

Tez-tələsik, başdansovdu, çaparaq yazı yazmaqla heç aram yoxdu. Yazı prosesi məndə çox ağır keçir və hər yazıya xeyli vaxt sərf etməli oluram. Di gəl, bir həftəlik bayram günlərində nəinki yazı yazmağa, kitab üzü açmağa da macal tapa bilmədim. Qonaq-qara əlindən dar-düdək evdə noutbukun qapağını qaldırmaq mümkün olmadı, bir neçə gün biş-düş həngaməsi səngimək bilmədi. Üstəlik, tanış-bilişin qara bayramı, qəbirüstü ziyarətlər, daha nələr, nələr...
 
Bayram günləri başa çatdı. Amma bu dəfə maşının bayramı başladı. İki gün səhərdən axşamacan 8-ci mikrorayonda yerləşən maşın bazarında köhnə maşınımı təmir edənlərin başı üzərində dayanmalı oldum. Maşının döşəməsi tamamilə çürük olduğundan çürük yerləri qaynaqla kəsib götürmək xeyli vaxt aparırdı. Gün boyu qələbəlik olan bu sahədə dolaşarkən adamı qəribə hisslər bürüyür.
 
Maşın ustalarının üst-başı, əl-qolu mazut içindədir, bu qoxu onların bədəninə hopub. Çox ağır şəraitdə işləyirlər. Əksəriyyəti bığ yeri yenicə tərləmiş cavanlardır, onlar yaşlarının az olmağına baxmayaraq artıq usta kimi tanınırlar. Birindən soruşdum ki, neçə yaşın var? Dedi ki, on yeddi.  Əllərinə baxdım, taxta kimi sərt, yekə əllərə baxanda deyərsən bu əllərinin sahibinin əlli yaşı var. Deyir, on bir yaşımdan maşın yığmaqla məşğulam. İstər xarici, istərsə sovet maşınları olsun, hamısını təmir edə bilir. Soruşuram ki, bəs niyə təhsil almamısan? Deyir, mən öz sənətimin ustasıyam və kifayət qədər pul qazanıram. Bu yaxınlarda özümə “Mersedes” alacağam. Oxumaq mənə nə verir?
 
Heç nə demirəm. Bilirəm ki, artıq gecdir. O, öz sahəsini əla bilir. Tale onun alnına “mazutlu yazı” yazıb.
 
Bir-birləriylə şit, biədəb zarafatlar edən, jarqonla, söyüşlə danışan bu cavanlar bəzən heç nahara da getmirlər, emalatxanaya gətirilən dönərlə, qamburgerlə günü yola verirlər. Onların ən böyük qayğısı axşam evə pul apara bilməkdir. Mazut qoxulu cavanlıqlarından məmnundurlar.
 
Geniş sahədə dolaşan səyyar siqaret satanların tör-töküntü, pinti-pələş geyimi, gündən qaralmış tüklü sifəti adamda kədər hissi oyadır.
 
Həyat bəzən kitablardan qat-qat maraqlı olur. Hərdən insanları kitab kimi oxumaq lazım gəlir. Masamın üstündəki kitablardan yorulanda özümü həyatın içinə atıram və beynimdəki obrazlar tıxacından xilas olmağa çalışıram. Təxəyyül oyunları bəzən reallıq hissini büsbütün unutmağa gətirib çıxarır. Bir müddət kitablardan uzaqlaşmaq lazım gəlir.
 
Bu bayram günlərindəki macalsızlıq mənə bir şeyi öyrətdi. Həmişə və çox kitab oxumağa gərək yoxdu. İnsanları oxumaq daha maraqlıdı. Kitab kimi. /kulis.az/   

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.