Ceyhun Musaoğlu - Aydan Salahovanı lüt görən kor gözlər
28.03.13

Elə bil marığa yatıblar. Harda topuğu açılan, yaxasının düyməsi qırılan bir xanım gördülər, qarışqa şirəyə darışan kimi hücum çəkirlər üstünə. Görməmişlikdəndi. Görməmişlik isə qeyri-səmimilikdəndi. Rusların cazibədarlığı ilə tamaşaçını heyran qoyan xanım müğənniləri, yarıçılpaq səhnəyə çıxırlar və çox gözəl, sevimli, doğma görünürlər. Azərbaycanlı müğənni, məsələn, xalqın artısti Aygün, Röya köynəyin göbəyə düşən düymələrini açırlar, şəhvət dolu baxışlarımızı haralarına gəldi dürtürük. Həm də onlar pis görünürlər, müğənnidən çox o biri peşə sahiblərinə oxşayırlar. Səmimi deyillər ona görə, səmimi deyilik buna görə.

Tamaşaçısı müğənnisinə, müğənnisi tamaşaçısına oxşayan adamlar, siz bir-birinizə çox yaraşırsız. Bir-birinizlə neçə istəsəz elə də rəftar etmək hüququnuz var. Amma bu hüquqdan başqası, üzərində istifadə etməyə hüququnuz da yoxdu, haqqınız da. Siz o başqasının çıxdığı zirvəyə başınızı qaldırıb baxa bilmərsiz, birincisi ona görə ki, boynunuz tab gətirməz-qırılar, ikincisi ona görə ki, o qədər uzaq məsafədən görmək mümkün deyil.

Mümkün olsaydı, dəqiq görərdiz ki, lüt qız kimi təqdim etdiyiniz Aydan Salahova sadəcə o şəkili ilə heykəl yaradıb. Onun məqsədi də məhz öz heykəlinin şəklini yaratmaq olub. Yaradıb da. Dahi möhtəşəmliyə imza atıb da.

Aydan Salahova kimi fenomen heykəltaraşa qadın kimi baxmaq, onun sinəsinə qızmış gözlər zilləyib ağız suyu axıtmaq, "dünyaca məşhur rəssam Tahir Salahovun da qızı soyundu" kimi cümlələrin havasında çırtma çalıb oynamaq ancaq xəstə təfəkkürün məhsulu ola bilər. Tutaq ki, anlamamışıq, Aydan Salahovanın möhtəşəmliyini dərk etməmişik, heç olmasa müsahibəsini oxuyaq, müsahibəni ondan kimin aldığına diqqət çəkək. Və möhtəşəm heykəltaraşdan üzr istəyək ona pis gözlə baxdığımıza görə.

"Rəssam, heykəltaraş, videorejisssor, performansist, diler, qalereya sahibi,müəllimə Aydan Salahova". Bu, onun təqdimatıdı. məşhur model Naomi Kempelli Aydan Salahovadan "İnterviewrussia.ru" saytı üçün müsahibə alıb. Müsahibəni Lent.az-ın tərcüməsində oxudum. Utandım bizim tamaşaçının yerinə.

Məni utandıran, oxu yerə gir, heç olmasa bir neçə saatlıq, bir neçə santimetr.

- Mən 23 il ardıcıl olaraq hər iki rolda- rəssam, və qalereya sahibi rolunda uğurla oyandım. Bu peşələrin fərqli tərəflərini öyrənmək üçün mənim yetərincə vaxtım oldu. Geriyə baxanda başa düşürəm ki, biznesə görə, yaradıcılıq karyerama elə də ziyan dəyməyib. Mənim ona həmişə vaxtım çatmayıb. Onda məmnuniyyətlə qalereyanı bağladım. Məni onsuz da hissiyat itkisi narahat edirdi.

Bütün həyatı boyu lüt gəzsə belə, hissiyyat itksindən narahat olan xanım yalnız "nədən qorxursan" sualına belə cavab verər: "Duş qəbul edəndə düşünürəm ki, birdən kimsə vanna otağına girər".

- Ad günümü striptis klubda qeyd etdim. Oradakı proqramda çadralı qadın yarıçılpaq kişi ilə rəqs edirdi. Klubun hazırladığı rəqs konsepsiyasına əsasən, kişilər qadınlar tərəfindən istismar olunur. Ona görə də biz qərara aldıq ki, o, tamaşanı təkrarlayaq.

Hanısımız elə məkanda ad günü keçirərik? Biz heç elə məkanda olduğumuzu etiraf edə bilmərik. Biz heç elə məkana videoda tamaşa etdiyimizi kiməsə demərik. Görürsüz Aydan Salahova bizdən deyil. Biz yer adamıyıq. Yer adamının nə ixtiyarı var, göy adamına gözün-üstə qaşın var desin.

Eh, sizinlə danışmaqdansa göy adamını oxuyaq:

- 1990-cı illərin əvvələrində "yeni ruslar" əvvəlki, köhnə rəssamların əsərlərini almağa başladılar, müasir incəsənət barədə isə heç bir təsəvvürləri yox idi. İnsanların zövqünü dəyişməyə çalışmaq, onların başlarını aktual incəsənət "tezliy"inə yönləndirmək mənə maraqlı idi. Mən 1993-cü ildə Moskvada ilk dəfə Endi Uorholun əsərini satdım. Mənim köməyimlə Olqa Slutsker pop-artın əsasını qoyan ilk fərdi kolleksioner oldu. Mənim tövsiyyəmlə Umar Cabrayılov Rusiyada Aniş Kapurun işlərini alan ilk adam oldu. Sovet İttifaqında ilk qalereyanı biz açdıq və bu hamı üçün yenilik idi. Həmişə nəyisə ilk dəfə eləmək adama xoş gəlir. Sən ki, yaxşı bilirsən, mən incəsənəti puldan çox sevirəm və mənə diler olmaq çox xoşdur- əsərləri dünyanın bir yerindən başqa yerinə daşımaq və bunun müqabilində pul qazanmaq. Rusiya bazarı hələ çox cavandı, o 2000-ci illərin ortalarından daha aktiv inkişaf etməyə başlayıb. Çoxlu kolleksionerlər ortaya çıxıb, maliyyə vəziyyəti düzəlib, halbuki bu illər mənim üçün ən ümidsiz və darıxdırıcı illər idi.

- Daşlarla sevgi yaşayıram.

- Karrardan (İtaliyada məşhur mərmərlərin çıxdığı bir əyalətin adıdı-red) Moskvaya qayıdanda bir ay işləmirəm. Onda özümü çox pis hiss edirəm. Daşlar çox maraqlı materiallardır, rəssama üç ölçüdə özünü ifadə etməyə imkan verir. Bu vacibdir. İdeyana öz əlinlə toxunmaq möcüzədir.

"Sən niyə məhz italyan mərmərini seçdin". Adi suala verilən unudulmaz cavab:

- Bu daşdan sözlə ifadə edə bilməyəcəyim qədər xüsusi bir şey hiss edirəm. Tarixin ruhunu.

- Ötən il Venesiyada Kurator Beral Madra məni sərgidə Azərbaycan üçün ayrılmış pavliyonda iştirak etməyə dəvət etdi. Siyahı hələ yanvarda təsdiq olunmuşdu. Orda Mədəniyyət və Turizm Nazirliyi mənim iki işimi sərgidən çıxarmışdı. Onlardan biri "çadralı qadın" idi. Azərbaycanın sırf dini dövlət kimi tanıdılması istənilməmişdi. Digər iş isə "Qara daş" heykəli idi. Məkkədəki Qara daşın dəqiq surətini çıxarmışdım, amma "Qara daş"a göz yaşı damlası formasını əlavə etmişdim. Amma hesab etdilər ki, mən "Qara daş"ı müsəlmanları təhqir edəcək formada təqdim etmişəm. Sərginin açılışına iki gün qalırdı, buna görə də hər biri 2 ton ağırlığında olan əsərləri yığışdırmağa vaxt çatmadı, üstlərini ağ örtüklə bağladılar. Buna görə də qalmaqal yarandı. Bir həftə sonra isə həmin işləri oradan çıxartdılar. İtaliya pavliyonunun kuratoru Vittorio Sqarbi "Qara daş" əsərini öz sərgisinə qəbul etdi.

Mən bütün tədbir boyu ağladım. Sən mənə dəstək oldun, başqaları isə qalmaqla görə təbrik edirdilər.

Əlbəttə, işlərimin qiyməti anidən qalxdı. Mənimlə yeni adamlar maraqlanmağa başladılar.

"Belə başa düşdüm ki, sən Allaha inanmırsan..."- Naomi Kempellinin qənaəti. Yenə möhtəşəm cavab, yer adamlarının heç yuxuda belə eşitməyəcəyi cavab:

- Yox. Mövcud dinlərin institutlaşdırılması xoşuma gəlmir. Mənim inamım teoloji sistemdən ötədir. Təbiət, kosmosg

Mən incənəsəti "azad ərazi" hesab edirəm. Son 20 ildə dünyada başa verənləri başa düşmürəm. Lap deyək ki, mən ateistəm, müəyyən məsələlərə öz baxışım var və bunu incəsənətdə ifadə etmək istəyirəm. Başqalarına mənfi təsir edəcəyinə görə mənə bunu etməyə qadağa qoyurlar. Niyə axı? Çağdaş incəsənəti başa düşmək üçün insanların müəyyən savadı, biliyi, geniş dünyagörüşü olmalıdır.

SUSAQ! Və bu cavabları oxuyandan sonra gözlərimizi də yumaq. Beynimizin içindəki qurdlarla Aydan Salahovanı ancaq lüt görə bilərik. Onun heykələ dönmüş şəklinin nə möhtəşəmliyində sənət əsəri olduğunu aygünlərə, röyalara, rəqsanələrə tamaşa etməklə anlamaq mümkün deyil.

P.S. Afinalı gənc heykəltəraş Praksiteles bir axşam dostu ilə sahildə içki içir, sənətdən danışırmış. Təpədəki monastrdan sahilə doğru rahibələrin endiyini görür. Rahibələr sərinləmək üçün dənizə girirlər. Onlardan yalnız biri tam çılpaq soyunur. Gənc qadının bədənini görən Praksiteles həmin an o bədənin heykəlini yaratmadan yaşaya bilməyəcəyini anlayır. Səhəri gün monastra gedib baş rahibə ilə danışır. Baş rahibə isə ona həmin rahibənin özünün razılığını almasını məsləhət görür. Həyəcanlı heykəltəraş bir güclə gənc rahibədən lüt heykəlini yaratmaq üçün razılıq alır. Heykəli yaradarkən qızın hekayəsini də dinləyir:

Gənc qız adam öldürüb və məhkəmə onu ölümə məhkum edib. Hakimlər edam qərarını açıqladığı vaxt əlacsız qalan vəkil qızın paltarını cırıb çılpaq bədənini göstərərək deyir: "Bu bədəni yox etməyə sizin haqqınız varmı?" Allahın yaratdığı bu gözəllik qarşısında hakimlər yenidən məşvərət otağına getməyə məcbur olurlar. Qərar dəyişir: qız monastrda ömürlük rahibə həyatına məhkum edilsin.

Praksiteles o bədənin heykəlini yaratdı. Adını "Knidos Afroditi" qoydu. Sonralar bizanslılar heykəli İstanbula gətirib Bəyazitdə qızlar sarayının qarşısında yerləşdirdilər. Lakin yanğın zamanı heykəl parçalandı. Amma "Knidos Afroditi"-nin hazırda mükəmməl sayıla biləcək surətləri mövcuddur. /adalet-az.com/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.