Azər Abdulla: “Hekayələrimin “uzun siyahı”ya düşməsi təbiidir”
26.03.13
““Russkaya premiya” müsabiqəsində iştirak edən hekayələrimin hamısı vaxtilə Azərbaycanda dərc edilib. Onlar haqda çox danışılıb, çox yazılıb. Odur ki, “uzun siyahı”ya düşmələri təbii qarşılanmalıdır”.
Bunu yazıçı Azər Abdulla deyib.
Qeyd edək ki, Rusiyada keçirilən, 36 ölkədən yazıçı və şairlərin qatıldığı “Russkaya premiya” beynəlxalq ədəbiyyat müsabiqəsinin “uzun siyahısı”nda iki Azərbaycanlı yazıçının da adı var: Maqsud İbrahimbəyov (“Cəhənnəmdə sərinlik”, “Keçid dövrünün xronikası” povestləri ilə – “böyük nəsr”) və Azər Abdulla (“Qəmərlidən keçən qatar”, Quyruq” və “Gün işığı” hekayələri ilə – “kiçik nəsr” nominasiyası).
Aprelin 2-də 36 müsabiqənin “onluğu” müəyyənləşəcək, aprelin 25-i isə qaliblər təyin ediləcək. Nüfuzlu müsabiqədə mərhələ adlayan Azər Abdullanın sözlərinə görə, hazırda 4 yeni hekayəsini tamamlayıb və onlar tezliklə dərc olunmalıdır. /modern.az/
|