Nigar Rzayeva - Paris Notr-Dam kilsəsi və ya susmuş vicdanlar
26.03.13

Uşaqlığımdan bəri bir sıra filmlər var ki, müəyyən yaş keçdikdən sonra onu daha yaxşı dərk edirəm,mənasını anlamağa dərk etməyə çalışıram. Çünki uşaqlıq düşüncəmizlə sonrakı yaşda bəzi məsələləri daha yaxşı çözməyə, adi, mənasız, ötəri dediyimiz bəzi məqamlar sonradan həyatda çox ciddi məsələyə çevrilir. Belə filmlərdən biri 1956-cı ildə Jan Delaunnanın çəkdiyi "Paris-Notr Dam kilsəsi" filmidi.

Fransanı orta əsrlər tarixini, dinin insanları, cəmiyyəti öz əsarəti altında saxladığı, hüquqsuzluq, cəhalət və s. kimi məsələlərə toxunulur. Amma mən daha çox filmdə mənim diqqətimi çəkən, filmdə hadisərin əsas mərkəzində dayanan əsas obrazlardan biri Kvazimodadı. Zahirən, ilk baxışda Kvazimodanın görüntüsü insanda vahimə oyadır, ətrafdakılar onun bu görkəmindən xoflanır, onu bəzən ələ salmaqdan belə çəkinmirlər. Amma biz insanların ən zəif cəhəti odur ki, insanların daxili aləmini, içindəki gözəlliyi görə bilmirik və ya görmək istəmirik, sadəcə zahiri görünüş bizim üçün çox önəmlidi, ona daha çox üstünlük verilir. Viktor Hüqo bunu bir yazıçı kimi çox orijinal, mükəmməl şəkildə təsvir etmişdi. Kvazimodanın zahiri görüntüsüylə daxili aləminin ziddiyyəti çox gözəl şəkildə təsvir olunub. Əvvəldən sanki Tanrı Kvazimodanı bəxtsiz, talesiz yaratmışdı. Dünyaya gəldiyi andan kilsə qarşısına atılır, keşiş Klod Froll onu himayəyə götürür ona "əksi-tamamlanmış" mənasını verən "Kvazimoda" adını verir. Ona kilsə zəngləri çalınmaq və kilsə həyatına,  ömürlük cəmiyyətdən təcrid olunmaq məhrumiyyətinə məhkum olunur.Ətrafdakılardan gizlənir, insanlara yaxşılıq etmək, onlar kimi yaşamaq istəyir, amma nə yazıq ki, cəmiyyətin sərt ,amansız qaydalarını əzib keçmək, sındırmaq mümkün deyil. Bunun əzabını Kvazimoda daxilində çəkir, həyatını bu cür əzablarla davam edir ta ki onun hisslərini alt-üst edəcək qaraçı qızı Esmeralda ilə qarşılaşana qədər....

Qaraçılar tərəfindən böyüdülən Esmeralda buranın qanunları ilə yaşayır. Qeyri-adi gözəlliyi və gözəl rəqsi ilə hər kəsi heyran edir, kimsə ona laqeyd deyildi. Klod Froll, Pyer Qrenquar və digərləri çox heyran idilər bu qeyri-adi qıza. Amma bu insanlar içində onu ən təmiz, ən saf, pak hisslərlə sevən Kvazimoda da var. O isə bu hisslərini gizlətmək məcburiyyətindədi. Bu, ən ağrılı məqamdı. Məni daha çox təsirləndirən məqam, özünün komplekslərinə görə hətta hisslərini, sevgisini gizlətmək məcburiyyətidir. Axı Kvazimoda da bir insandı. Nə olsun ki onu Tanrı başqalarından fərqli yaradıb, onun da sevib-sevilməyə haqqı çatır, başqaları kimi olmaq, normal insanlar kimi yaşamaq istəyir, ancaq olmur, cəmiyyət ona bu cür olmağa, yaşamağa imkan vermir. Bu gün ətrafımızda belə hallar yaşanmır ki? Bir az fiziki qüsurlu, fərqli insan görəndə o dəqiqə üzümüzü çeviririk, qulağımızı çəkirik, dərhal uzaqlaşırıq. Bu obraz mənə xüsusilə çox təsir edir. Real həyatda mən bunu yaşamışam. İnsanların bu qədər soyuqluğu, biganəliyi məni çox ağrıdır. Kimsə istəməz onun bir qüsuru,çatışmazlığı olsun. Amma həyatdı. Bir gün heç gözləmədiyimiz halda elə bir hadisə ilə qarşılaşa bilərik ki, bir anın içində ömrümüz alt-üst ola bilər,hər şey bir dəqiqədə baş verə bilər. Bir şeyi unutmayaq ki, hamımız insanıq. Fərq etməz sağlam və ya fiziki qüsurlu əsas insanlıqdı,mənəviyyatdı. Nə yazıq ki, bunu hər kəs anlamır. Buna görə bu obraz, əslində ,hər birimizə bir çağırışdı, bir səsləmədi. Yazıçı Kvazimodanın timsalında bizə, əslində, öz simamızı göstərir. Kvazimodanın səsləndirdiyi kilsə zəngləri susmayan vicdanların səsidi. Bu filmin, əsərin yaranmasından uzun illər keçib, amma günü bu gün də maraqla izlənir, oxunur. Esmeraldanın simasında gözəllik hər şey demək deyil. Parıltılı gözəllik göz görmədən uçurumun ən dərin yerinə səni ata bilər. Esmeralda da Tanrının ona verdiyi gözəlliyin qurbanına çevrilir, cəmiyyət onu məhv edir. Klod Froll onu nifrət qarışıq məhəbbəti ilə sevdiyi qadının qatilinə çevrilir, sevgisinin, hisslərinin qarşılıqsız olduğunu, rədd edildiyin görüncə cinayət törədib, günahı Esmeraldanın üzərinə atır, cəmiyyət onu rədd edir, hətta Phoebus bele ondan üz döndərir. İnsanların,c əmiyyətin amansız siması ilə üzbəüz qalır. Günahsızlığını sübut etməyə çalışsa da, kimsə onu dinləmir və sonunda məhv edilir .Göründüyü kimi Viktor Hüqo böyük ustalıqla iki situasiyani qarşı-qarşıya qoyur. Bir tərəfdən qozbel, qüsurlu olduğundan rədd edilən, təhqir olunan, cəmiyyətdən təcrid olunan insani hisslərdən uzaqlaşdırılan Kvazimoda, bir tərəfdən də gözəlliyi ilə ağılları başdan alan, lakin sonunda bunun qurbanına çevrilən,haqsız yerə günahlandırılan və məhv olan gözəllik ilahəsi Esmeralda...

Filmin sonunda Esmeralda söyləyir "Həyat gözəldi". Doğrudan da, belədi həyat çox gözəldi, yaşamaq da yaratmaq da.Bir dəfə yaşayırıq bu işıqlı dünyada. Hər şey gözəldi həyatda, əgər bir zərrə gözəllik yarada bilsən...

Avanqard.net

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.