Raqif Raufoğlu - Çirkinlik
26.03.13

Axırıncı dəfə yazılarımla bağlı aldığım bir oxucu məktubundan sonra mənə elə gəldi ki, bir müddət “çirkinlik” mövzusuna toxunmasam yaxşıdır. Başa düşülməyən bir elektron poçtdan mənə konkret 4-5 cümləlik bir məktub gəlmişdi: “Salam Raqif bəy. Yazılarınızı da, sizi də diqqətlə izləyirəm. Gözəl yazırsınız amma bir-birinizə heç oxşamırsız. Çirkinlik heç vaxt bitməyəcək? Yəni ətrafda gözəl olan heç nə yoxdur?”
Bu balaca məktubdan 1 gün əvvəl mənə çox qəribə bir iş təklifi də gəlmişdi. Belə ilk baxışdan baxanda təklifdə qeyri-adi heç nə yox idi. Tanınmış adamlardan biri onunla işləməyimi istəyirdi. Mən də görmək istədiyim gələcəyimi, qarma-qarışıq imicimi, bu günə qədər gülüb ələ saldığım şeyləri və ehtiyaclarımı gözümün qabağına gətirib hamını lənətləyirdim. Bu məktubu da oxuyandan sonra balaca bir acı təbəssüm edib hətta fikriləşdim ki, niyə mən o gözəllikləri görə bilmirəm. Bəlkə mən başqa yerdə yaşayıram?.. Bəlkə düşmənlərimizin uzaq Afrika cəngəlliklərindən gətirdiyi uzun əbalı şaman öz sehri ilə gözlərimizi, qulaqlarımızı tilsimləyib ki, bu ölkənin yazmağı bacaran bütün gəncləri hamıya qaramat yağdırsın. Yəqin elə günah bizdədir. Öz balaca çevrəmizdə oturub elə bilirik ki, hər şey çirkindir. Çevrədən çıxmaq lazımdır. Çıxdım. Hər ehtimala qarşı qoltuğuma bir kitab vurub şəhərə çıxdım. İçərişəhəri ələk-vələk eləyəndən sonra gəlib oturdum Azərbaycan Yazıçılar Birliyi ilə üzbəüz olan skamekaların birində. İçərişəhər demişkən, bir cümlə ilə qeyd eləyim ki, dünənə qədər ən sevdiyim yerlərdən biri - Şirvanşahlar sarayının arxası da əvvəlki sakitliyini itirib. Ora Bakının sonuncu maşın, insan və təmir səsi gəlməyən yeri idi...
AYB ilə üzbəüz skamekanı ona görə seçdim ki, ora mənim çevrəmə aid olmayan yer idi. Məntiqlə oranın adamları xoşbəxt olmalı idi. Sağına-soluna baxanda demək olar ki, xoşbəxtlik baxımından çox strateji yerdir. Yanımda öz-özünə danışan yaşlı bir kişi oturmuşdu. Dedim vəssalam e, bundan xoşbəxt adamı haradan tapacam, kitabımı vərəqləyə-vərəqləyə baxım görüm bu xoşbəxt adam öz-özünə nə danışır?.. Sağ olsun, məni çox gözlətməyib özü söhbətə başladı:
-    Ay oğul, Bakıda qalansan?
-    Hə dayı. Niyə soruşursuz ki?
-    Mən Rosiyada yaşayıram. Gəlmişəm bacım gilə gəzməyə. Özüm də Gəncəliyəm.
-    Lap yaxşı.
-    Bağışla eee məni bir az içmişəm.
-    Əcəb eləmisiz. Kim nə deyir ki?
-    Blin, bunlara baxanda içməmək olur ki... yaxşı eləyirəm. Bu de, butulkanı da indi atdım ora. Bakıya gələn kimi gəlib otururam burda, baxıram o kişiyə (əli ilə soltərəfdəki portreti göstərir) deyirəm Alalh sana rəhmət eləsin, sonra da ürəyimdə söyürəm. (gülür)
-    Daha niyə söyürsən dayı?
-    Sən bilmərəsən e bala, o yaxşı kişi idi. Azərbaycanı dövlət elədi. Amma indikilər ... (dərindən söyüş və uğunub özündən gedə biləcəyin səviyyədə təhqir). Mənə nə var e blin. Mən yaşamışam. Qızım Kanadada, oğlum da Ukraynada. Hərdən danışırıq. Oğlumdan soruşuram bala nə qədər qazanırsan. Deyir papa aya altı-yeddi min qazanıram. (Tez-tez yoldan keçənlərə söz atır). Ona bax, ona bax, balıqdıyeee, balıq. Hərdən gəlib otururlar yanımda. Danışıram onlarnan, bir az ayaqlarına zada barmaq eliyirəm. He-he-he. Qoca kişiyəm də. Hə, əhd eləmişəm ki, oğluma burda toy eləyəjəm, özü də Çingizxan restoranında. Bilirsənmi niyə?
-    Niyə?
-    Çünki mənim adım Çingizdir. Bütün vor-zakonlarla oturub durmuşam. Burda məşhur bir brend var idi, Nərgiz. O brendi bir qızın adından götürmüşdülər. Kukla idi. Qaqarin mostunun yanında yaşayırdı. Onu mən saxlayırdım Rosiyada. Gedib səfirin qabağında göbək rəqsi oynamışdı. Bir sutka vaxt verdim ona ki, Rosiyanı tərk eləsin. Gözəl qızlar belə olurlar da. Mənim çox güclü yaxınlarım var idi. Vorlar, sistem işçiləri. Ramiz var idi, bax burda otururdu, interpolda. Hə, bala. (yenə də qızarmış gözlərini bərəldib yoldan keçənləri göstərir, söz atır, söyür). Ona bax blin, oğraşın qızı oğraş.
-    (Məni də gülmək tutur) Dayı elə qışqırdın ki, yazıq qız az qaldı yıxılsın.
-    Niyə yıxılır, gəlsin otursun yanımda. Ha-ha-ha. Bax bu gözəl qızdı. Əməlli də geyinib. Ay qızım! Ay qızım! (yanımızdan keçən qız dayanır). Allah sənə dəyməsin. Çox gözəlsən (Qız gülüb gedir). Həə, taa nə deyim. Gözəldi dana.
-    Dayı, söhbətlərin xoşuma gəldi. Olar şəklini çəkim?
-    Hə, niyə olmur? (saçını düzəldir) saçım yaxşdımı?
-    Əladı. Çəkdim. Çox sağ ol.
-    Hə, nolsun indi bir az içmişəm də. Əccəb eləmişəm. Bir kopoglu maa bir söz deyə bilməz.
-    Yaxşı dayı, çox sağ ol maraqlı söhbətə görə. Mən daha gedim.
-    Sağ ol bala, sağ ol. Sən yaxşı oğlana oxşayırsan.
Əlində əsa olsa da özünü məcbur eləyib ayağa qalxdı və üzümdən öpdü. Məcburən dözdüm və yoluma davam elədim. Uzaqlaşanda baxıb gördüm ki, kişi yenə də öz-özünə danışa-danışa gəlib gedənlərə əl-qol uzadır. Bu da mənim çıxdığım çərçivədə qarşıma çıxan orta səviyyəli bir “xoşbəxt” idi. Yazdım ki, mənə həmin məktubu yazan adam bunu da oxusun. Mən də ona təşəkkür edirəm. Çünki özüm üçün balaca bir kəşf elədim. Başa düşdüm ki, ürəyindəkiləri danışa biləcəyin bir adamın yoxdursa ən yaxşısı budur ki, gedib tanımadığın bir adamı dinləyəsən. Sadəcə dinləysən. O ki, qaldı “Çirkinliyə”, davamı olacaq...



Avanqard.net

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.