Xuraman Hüseynzadə - Yatağındakı tənhalıq
20.03.13
Ürəyindəki boşluğa qısqanıram səni bir də qoluna girən yalnızlığa nə xoşbəxtdi siqaretin öpür dodaqlarından bir də elə yanır elə yanır ki
tüstüsü gözlərini yaşardır xoşbəxtdi göz yaşların hər gün bomboz, saqqal basmış üzünə dağınıq saçlarına baxan güzgünün yerinə olaydım kaş... Yatağındakı tənhalığa qısqanıram səni yastığın göz yaşlarını sıxır sinəsinə mən səni heç vaxt heç vaxt o cür sevgiylə bağrıma basa bilmədim amma təkcə taleyinə qısqanmıram səni...
|