Xulio Kortasar - Parkların vəhdəti
16.03.13

Xulio Kortasar Argentina yazıçısıdır. 1951-ci ildə Xuan Peronun diktaturasından canını qurtarmaq məqsədiylə Argentinanı tərk edib. Ədəbi şöhrət yazıçıya yalnız “Bestiariya” hekayələr kitabı çap olunduqdan sonra gəlir. Bu kitabda insan və heyvanat aləmi arasındakı qarşılıqlı münasibətdən söhbət açılır. “Dama-dama oyunu” tənqidçilər tərəfindən “ilk böyük Latın Amerika romanı” kimi qiymətləndirilir. Əsər elə qurulub ki, sanki bir neçə romanı özündə birləşdirir və oxucuya istədiyi variantı seçmək imkanı verir. “62. Quraşdırma modeli” romanı “Dama-dama oyunu”ndakı bir bölmə üzərində qurulub. “Xronoplar və famlar haqqında hekayə” kitabında yazar diqqəti insan həyatındakı mənasız şərtiliyə yönəldir. “Bütün alovlar alovdur” məcmuəsində aparıcı mövzu müxtəlif zaman və məkan çərçivəsində müxtəlif ölkələrdə baş verənlər arasında oxşarlığın ön plana çəkilməsidir. “Manuelin kitabı” siyasi məzmunludur. Xulio Kortasar 12 fevral 1984-cü ildə Paris şəhərində dünyasını dəyişib.


Hekayə

O, bir neçə gün əvvəl roman oxumağa başladı. Təcili işləri çıxdığından, kitab oxumağa ara verdi, bir də yalnız qatar malikanəyə qayıdarkən, vaqonda kitab oxumağa qayıtdı. Süjetin inkişafı, personajların cizgiləri tədricən onun canına hopurdu. Axşam çağı, öz vəkilinə məktub yazaraq və icarə məsələlərini idarəedici ilə müzakirə edərək, kabinetin lal sükutunda yenidən kitabı açdı. Kabinetin pəncərələri parka açılırdı. Həmin parkda palıd ağacları böyüyürdü. O, öz sevimli kreslosunda əyləşmişdi, kürəyi qapıya istiqamətlənmişdi, bu cürə əyləşmək onu sevmədiyi qonaqların gəlişi barədə düşünməyə sövq edirdi. O, sol əliylə yaşıl məxməri tumarlayaraq, kitabın son fəsillərini oxumağa başladı. Roman qəhrəmanlarının adları və xüsusiyyətləri onun yaddaşına çətinliksiz-filansız yerikləyirdi. O, dərhal cəlbedici süjetin intriqalarına qapıldı. Hansısa anlaşılmaz həzzlərlə cümləbəcümlə, sətirbəsətir adət edilmiş vəziyyətdən ayrılırdı və eyni zamanda duyurdu ki, onun başı hündür söykənəcəyin məxmərində rahatlanır, əlinin altında siqaretlərin olmasını, pəncərələr qarşısında, palıd ağacları arasında axşam küləyinin axımını duyurdu. Oxuduğu hər bir sözlə qəhrəmanların yöndəmsiz didişmələrini canına çəkirdi. Bu obrazlar bir-biriylə daha da yaxınlaşırdılar, hərəkət edib də yaşayırdılar. Mətni oxuyarkən, onların dağlıq komada sonuncu görüşlərinin şahidi oldu. Komaya əvvəl qadın daxil oldu. Ürkək-ürkək. Onun ardıyca sevgilisi daxil oldu, üz dərisində sıyrıntı vardı, yeri qızarmışdı. Elə bayaq budağa sürtülmüşdü üzü. Qız onun bənizindən axan qan damcılarını öpüşləriylə dayandırdı, ancaq oğlan üzünü digər tərəfə çevirdi, çünki bu komaya ona görə gəlməmişdi ki, quru yarpaqların gözlərindən gizli, cığır labirintlərindən gizli əlaqələrini təkrarlasın. Onun sinəsində bıçaq qızarırdı, onun altındaysa lap çoxdan gözlədiyi azadlığa inam çırpınırdı. Həyəcanlı dialoqlar yumalanmış ilan kimi səhifələrdə gəzişirdi, duyulurdu ki, hər şey lap əvvəldən qərarlanıb. Hətta sevgilisinə sarınmış bu əllər, bu nəvazişlər, sanki sevgilisindən fikrini dəyişməyi, daşınıb getməməyi diləyirdi, bu əllər yalnız başqa bir bədənin nifrət doğuran cizgilərini xatırladırdı, bu cizgilər məhv edilməliymiş. Heç nə unudulmamışdı: günahsızlıqlar, təsadüflər, mümkün səhvlər. O saatdan eibarən hər anın öz hökmü vardı. Onlar əvvəldən düşündüklərini iki dəfə təkrarladılar, tələm-tələsik pıçıltılar yanağı sığallayan əllərlə kəsilirdi. Hava qaralırdı.

Artıq bir-birilərinə baxmadan, ümumi işdə bir-birlərinə bağlıykən, onlar komanın qapısı qarşısında ayrıldılar. O, şimala aparan cığırla getməliydi. Əsk istiqamətdə hərəkət etməkdəykən, o, bir anlığa çevrilib arxaya baxdı, qadının qaçmasına, onun havada uçuşan saçlarına baxdı. Oğlan da ağacların arasında, çəpərlərin arxasında özünü gizləyə-gizləyə qaçırdı və nəhayət göyümtül axşam alatoranlığında evə tərəf hərəkət edən xiyabanı sezdi. İtlər susmalıydılar və itlər susurdular. İdarəedici həmin saatda görüşməməliydi və o, buralarda deyildi. Sevgilisi üç pillə addımlayıb eyvana qalxdı və evə daxil oldu. Qulaqlarında çırpınan qanların arasından qadının səsini eşidirdi: əvvəl mavi qonaq otağı, sonra qalereya, üzərinə xalça sərilmiş pilləkan. Yuxarıda iki qapı. Birinci otaqda bir kimsə yoxdur. İkinci otaqda da heç kim. Kabinetin qapısı. Kabinetdə isə, əldə bıçaq, pəncərədən süzülən zərif günəş şüaları, kreslonun yaşıl məxmərlə üzlənmiş hündür arxalığı və kresloda əyləşib, roman oxuyan insan başı.

Tərcümə: Ramil Rahiboğlu /ann.az/

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.