Vaqif Aydınoğlunun şeiri
16.03.13
Ruh və cisim
Mən Günəşi gördüm, Günəş məni görmədi. Hər yanım kölgədir: Necə ki, Gecə kölgəni görmədi.
Yerə göydən gəldim Ruhum dinclik görmədi. Ağırmış cismim yükü, Elə ki, döndüm göyə, Cismim oldu tabut yükü Qəbir məni görmədi.
Nə ağırmış bu həyatın yükü, Var gəl edir tabut altda onlarla kişi. Ruhuma bax, çəkisi bir “qıl” yükü, Köməyi yox körpü keçir, Birdə ki, verilən suallara cavabdır işi.
Bumudur ədaləti həyatın? Gəzdiyim torpaq, Udduğum hava Biri özündə əridir, Biri sorğu- sual edir məni.
|