Sevinc el Sevər - Uşaqlarım yazma desə...
14.03.13

Mən uşaqlığımdan çox yazıram: amma inanın, uşaqlığım ən çox danışmaq istəmədiyim mövzudur.

Atam Sovet İttifaqı dağılandan sonra içməyə başladı. Yox, atam imperiyanın, kommunizmin, Leninin dərdindən içmirdi, fəhlə babaydı, belə şeylərlə işi yox idi. Atamın dərdi xalamın ərinin direktoru olduğu kooperativ tikinti şirkətinin də Sovet İttifaqı ilə bir yerdə dağılmasıydı ki, atam həmin tikinti şirkətinin işçisiydi. Həmin şirkətə arxalanıb gözünü yumaraq, anamı götürüb qaçmışdı, cibində bir qəpiyi olmaya-olmaya... Atamın dərdi anamın da iş yerinin qəfil bağlanması idi, universamlar, univermaqlar, ticarət obyektlərinin hamısı dalbadal bağlanmağa başladı, anam da işsiz qaldı... Həmin vaxtlar mənim üçün məktəbdə müəllimənin tez-tez sifariş verdiyi tərcümeyi-halımı yazmaqdan çətin heç nə yox idi.

Bilmirdim, atamın, anamın  iş yerini nə yazım... “anam evdardır” yaza bilirdim, çoxlarının anası evdar idi,  evdarlıq həm də fəxr ediləsi bir şey idi, bu o demək idi ki, atam yaxşı qazanır. Atam üçün nə iş uydurum deyə baş sındırırdım, həm doğru görünsün, həm qulağa xoş gəlsin. Bir dəfə heç yadımdan çıxmaz, direktor müavini sinfə girib hamını ayağa qaldırdı, bilmirəm nə üçün, hamıdan bir-bir valideynlərinin iş yerlərini soruşdu. Mənə çatanda tutuldum, bilmədim nə deyəm, bu dəm arxa sıradan Rövşən adlı bir oğlan qulağım eşidəcək tonda söz atdı: “onun atası şampan zavodunun müdiridir”.
 
Balaca qızcığazdım, görəndə ki, atam başqalarının atasından fərqlidir, başladım atama yalvarmağa, “ay ata, nolar, gəl daşı tök ətəyindən, içmə bu zəhrimarı...” Atamsa, hər dəfə şəhadət barmağını göyə qaldıraraq, boşluqda gözlə görünməyən çevrə cızaraq deyirdi: “qızım, sən bilmirsən, Kefli İsgəndərəm mən...” Mən bilmirdim Kefli İsgəndər kimdir, cəmi 8-9 yaşındaydım, amma Kefli İsgəndər kim idisə, ona dərindən nifrət eləyirdim. Bir az böyüyəndən sonra mən Cəlil Məmmədquluzadənin “Ölülər”əsərini oxuyanda Kefli İsgəndəri tanıdım. Mirzə Cəlili bağışlamadım uşaq ağlımla... Amma onun günahı yoxdur... bunu da lap böyüyəndən sonra anladım. Azərbaycan kişisi, ziyalısı gücdən düşəndə, məğlub olanda döyüşmək əvəzinə, içkiylə ovundururmuş özünü.

Valideynlərin türklər demiş, güclü “takıntıları” olanda, bu uşaqlara ziyandı ilk növbədə. O günləri qızımı  məktəbdən götürməyə getmişəm. Müəllimələrindən biri uşaqdan söz alıb, qızım deyib ki, anam yazı adamıdı, şeir, hekayə, roman yazır. Müəllimə şübhəli baxışlarla, elə baxırdı, elə bil dəliyə baxırdı, soruşdu ki, “uşaq doğru deyir, siz şeir, hətta roman yazırsınız?” Müəllimənin baxışlarını sevmədim, yox, uşaqdı da, yanlış başa düşüb dedim. Evə gələn kimi uşağa bərk-bərk tapşırdım ki, çöldə-bayırda heç kimə yazı adamı olduğumu deməsin. Əgər görsəm ki, uşaqlarım hansısa “tiryakiliyimə” görə məndən utanırlar, vaz keçərəm uşaqlarımın xatirinə,  Kefli Mirzə Cəlillik  eləmərəm! Uşaqlar balacadı, onlar böyüyəndə “ana yazma, lazım deyil”desələr, yazmayacağam, söz verirəm!

Amma ümid var, böyük  qızım gizlindən kitablarımı oğurlayır, aparıb yoldaşlarına göstərir, “anam yazıçıdı” deyə forslanır hələ ki deyəsən, elə bir pis işlə məşğul deyiləm! /publika.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.