Yoxluğunu dəf edə bilmir içdiyim çaxır
14.03.13
Kənan Hacıdan yeni şeirlər
Yoxluğumdan xəbər tutunca...
Yoxluğun canımda ağrı kimi dolaşır. yoxluğunu dəf edə bilmir içdiyim çaxır, yoxluğunu xatirəyə çevirməkdədi zaman yoxluğunu qurşun kimi yağır üstümə sabahlardan, yoxluğun ayağım altından qaçır yer kimi, yoxluğuna gomülməkdəyəm, Eh, bilsən yoxluğun nələr elədi... səndən xəbərsiz, biləcəksən... mənim yoxluğumdan xəbər tutunca...
Çətini qış gəlincədi...
Yollar ölçüsüz başmağım, bu başmaqla yal aşmağım, küləklərlə savaşmağım daşlı -kəsəkli torpağın yaxası yırtılıncadı.
Ümidi yavan tikətək arzuma doğradı fələk. Xam xəyalım zay toxumtək yenə həsrət bitirəcək, çətini qış gəlincədi...
Avanqard.net
|