Alik Əlioğlu - Fəridəyə yazdığım şeir
12.03.13
Çiçəklərə gözlərinin rəngini, Küləyə saçının ətrini, Uşaqlara sevincini verdim... Mənə əllərin qaldı. Əllərindən tutub Apardım...
Adını yaşadığım küçəyə qoydum...
Səndən başqa hamı bilir. Ünvan: Fəridə küç. 1
Sənin olmamağın Fəlakətdi, dost... Tez qayıt...
Sökük divarlardı vətən, Qazılmış yerdi torpaq...
Soyuqqanlı qadındır ana, Küçələrə tökülmüş ölü göyərçinlərdir yollar...
Tez qayıt dost... Üşüyən əllərinlə əllərimi tut... Bağrına bas, dost... Sağlığımı iç: De ki, Allah səni öldürsün!
|