“Bəlkə Anar “talkuçka” açıb?”
12.03.13
Ədəbi mühitdə növbəti qalmaqal: yazıçı Rasim Qaraca Anar və Elçinin ünvanına sərt ittihamlar səsləndirib.
Onun fikrincə, yalnız ciddi ədəbiyyatdan xəbəri olmayanlar onları yazıçı hesab edə bilər. Bundan başqa o, bildirib ki, AYB-ni sovet dövrü repressiyalarında iştirak edib və bu cinayətlərə görə, onlar Azərbaycan xalqından üzr istəməlidir.
Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu açıqlamasında R.Qaracana sula ünvanladı:
“Mən hələ də anlaya bilmirəm ki, bunlar hansı cinayətdən danışırlar? Anar nəyə görə üzr istəməlidir? . İstər Anar, istərsə də AYB-nin digər üzvləri bəyəm ermənilərin xeyrinə əsər yazıb? Ya dövlət əleyhinə nəsə yazıblar? Bəlkə Azərbaycan xalqını aşağılayan əsər yazıblar? Zəhmət çəksin Rasim Qaraca bunu açıqlasın. Görək bu adam cinayət deyəndə nəyi nəzərdə tutur? Əlində hansı arqumentləri var? Bəlkə onlar başqaları kimi “talkuçka” açıb üstündə siyasət qurublar? Görürəm ki, o, Anar, Elçin adı altında gündəmə gəlib “mən də varam” demək istəyir. Amma istər Anar, istərsə də Elçin həmişə ortaya öz mövqelərini qoyub. Daha başqaları kimi xalqını aşağılamayıb”. /aznews.az/
|