Azərbaycan ədəbiyyatı tarixi üçün dəyərli kitab

12.03.13

 XX əsr Azərbaycan ədəbiyyatı tarixi üzrə çoxlu sayda fundamental elmi araşdırmaların müəllifi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun bu dərsliyi son otuz ildə ədəbiyyat tarixçiliyi ilə bağlı aparılan ən yeni fikirləri özündə ehtiva edir.

Dərslikdə Azərbaycan ədəbiyyatı tarixinin çox az tədqiq olunmuş bir mərhələsinin (1890-1920) hadisə, istiqamət və keyfiyyətləri yeni düşüncə orbitindən dəyərləndirilir. Müəllifin icmalları, təhlil və portret oçerkləri bundan sonra aparılacaq araşdırmalar üçün yeni bir nəzəri-metodoloji istiqamət açır.
   
Dərslik bakalavr və magistrlər üçün nəzərdə tutulmuşdur. Bununla belə, ədəbiyyat tarixinin müxtəlif problemləri ilə maraqlanan tədqiqatçılar üçün də zəngin mənbədir. Kitabları kitabxanalardan və kitab satışı müəssələrindən əldə etmək olar. Qeyd edək ki, kitabın 3-cü cilidi yaxın vaxtlarda çap olunacaq.

3 clidlik dərsliyin əhəmiyyətini nəzərə alaraq 1- ci cilidinin "Giriş" hissəsini təqdim edirik.

Giriş
   
XX əsr artıq başa çatmışdır; tarixi, siyasi- ictimai, ədəbi-kulturoloji keyfiyyətləri ilə zəngin və mürəkkəb olan bu dövr getdikcə daha obyektiv şəkildə öz qiymətini almağa başlamış, vaxtilə sosrealizm ideologiyası mövqeyindən verilən dəyərləndirmələr öz mahiyyətini qoruyub saxlaya bilmədiyindən yeni qiymətləndirməyə böyük ehtiyac yaranmışdır. Zaman keçdikcə Azərbaycan ədəbiyyatı tarixinin bu dövrü ilə bağlı çoxlu tədqiqatlar aparılmış, bir çox ədəbi fakt və hadisələr üzə çıxarılmışdır. Müstəqillik illərindən sonra isə ədəbiyyatımızın bu dövrünün ayrı-ayrı hadisələrinə ümumi baxış dəyişmiş, onun müxtəlif problemlərini dəyərləndirmək üçün yeni imkanlar yaranmışdır.

Məlumdur ki, XX əsrin əvvəlləri təkcə tarixin dəyişən ictimai-siyasi formasiyası, iqtisadi inkişaf istiqamətləri ilə şərtlənməyib, eyni zamanda yeni ədəbi məfkurələr, cərəyanlar, hadisələrlə zəngin olub. Ədəbi düşüncəmizin heç bir mərhələsi həyat və ictimai-siyasi proseslərlə bu qədər yaxın olmayıb. Bu dövr Azərbaycan ədəbiyyatı ictimai hadisələr kontekstində müəyyən inkişaf yolu keçib, cəmiyyətdə baş verən ictimai-siyasi prosesləri işıqlandırmağa çalışıb.  Ədəbiyyat sosial məzmununa, bədii funksionallığına görə koordinal dəyişmələrə məruz qalıb, onun həyatla, cəmiyyətlə əlaqəsi daha intensiv xarakter alıb, yeni yaradıcılıq konsepsiyaları, metodoloji yanaşmalar, yeni forma və janrlar üzə çıxıb. Ədəbi mühitin inkişafını şərtləndirən amillərlə yanaşı, ədəbi proses üçün qeyri-məqbul hesab olunan basqılar, siyasi repressiyalar, senzura və müxtəlif  “izm”lərin təşəkkülü də məhz bu dövrün payına düşür.

XX yüzilin əvvəllərində ictimai idealların ədəbi-bədii düşüncədə inikası, ictimai-siyasi publisistikanın mətbuatda əks etdirilməsi ədəbi düşüncədə yeni bir mərhələnin əsasını qoyur. Milli ideya axtarışları millətin öz müqəddəratını təyin etməsi və milli dövlətçiliyin təşəkkülü ilə nəticələnir. Realizm, tənqidi realizm və romantizm  metodları ədəbi fəaliyyət sferasını daha da genişləndirir. C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, H.Cavid, A.Şaiq, M.Hadi, Ə.Hüseynzadə, Ə.Ağayev (Ağaoğlu), N.Nərimanov, Ə.Nəzmi, A.Divanbəyoğlu, S.S.Axundov, S.M.Qənizadə, İ.Musabəyov, M.Möcüz və başqalarının yaradıcılığı ədəbi, ictimai fikrə böyük təsir göstərmişdir. Bütün bunlar X1X əsrin sonlarından başlayan dünyada və Şərqdə baş verən ictimai fikrin inkişafı fonunda baş verirdi. C.Əfqani, H.Zərdabi, İ.Qaspıralı kimi fikir adamları və ideoloqların yaradıcılığında bu prosesə hazırlıq mərhələsi də öz işini görmüşdü.

XX yüzilin ədəbi inkişaf istiqamətlərini öyrənmək üçün, hər şeydən əvvəl, dövrün ədəbi prosesinin tendensiya və meylləri, ədəbi hadisələr və onun xarakteri öyrənilməlidir. Bu mənada XX yüzilin ədəbi prosesini yeni elmi konsepsiya və metodologiya ilə öyrənilməsi əsas şərtlərdən biridir. Mövcud dərsliklərdə sovet ədəbiyyatşünaslığının dövrün ədəbi prosesinə ideoloji yanaşmaları ədəbi hadisələri obyektiv qiymətləndirməyə imkan vermədiyindən yeni araşdırmalara ehtiyac qalmaqdadır. Artıq müstəqillikdən iyirmi il keçməsinə rəğmən ən zəngin və mürəkkəb yüzilliyin ədəbiyyatının dərsliklərdə köhnə stereotiplərlə dəyərləndirilməsinə son qoymaq məqamı gəlib çatıb.

Dərsliyin yazılmasını Azərbaycanın ictimai-siyasi həyatında baş verən əsaslı dəyişikliklər, ədəbi-bədii düşüncənin inkişaf problemləri, tarixi və istiqamətlərinin yenidən işlənilməsi zəruriliyi ortaya çıxarmışdır. Son qırx ilə yaxın bir dövrdə ədəbiyyat tariximizin bu dövrünün mərhələ və problemlərinin dərsliklərdə əks olunmaması bu nəşrin tarixi əhəmiyyətini aydın göstərir. Ədəbiyyatımızın ən zəngin bir dövrünə sovet ədəbiyyatşünaslığının münasibətindəki ideloji məqamlar, beynəlmiləl rakurs dövrün ədəbi fakt və hadisələrinə yenidən baxışı və dəyərləndirməni şərtləndirir. İctimai-siyasi fikrin ədəbiyyata təsir problemləri, milli ictimai şüurun formalaşmasında ədəbiyyatın rolu, romantizm, tənqidi və maarifçi realizmin təşəkkül problemləri, Cümhuriyyət dövrü Azərbaycan istiqlal düşüncəsinin əks olunması, repressiya hadisələri, mühacirət və legion ədəbiyyatının öyrənilməsi bu günün ən aktual məsələlərindən biri olaraq diqqəti çəkir.

Yeni minilliyin və yüzilliyin başlanğıcında minillik tarixi olan Azərbaycan bədii fikrinin tarixi inkişaf yolu, cərəyanları, istiqamətləri, ədəbi şəxsiyyətləri və hadisələri dərslikdə ən yeni mövqedən öz əksini tapır. Dərslikdə bu günə qədər sovet ədəbiyyatşünaslığının ideoloji stereotiplərlə yanaşdığı bir çox hadisə və keyfiyyətlərə, ədəbi hadisə və şəxsiyyətlərə də geniş yer verilmişdir.

Dərsliyin əsas xüsusiyyətlərindən biri yeni materialların cəlb edilməsiylə yanaşı, bütövlükdə ədəbi prosesin araşdırılması, ədəbiyyatın inkişaf istiqamətlərini, romantizm, tənqidi realizm və maarifçi realizm ədəbi düşüncəsini yeni mövqedən və tendensiyadan tədqiq etməsidir. Akademizm bütün fəsillərdə, təhlillərdə və portret oçerklərdə gözlənilməyə çalışılmışdır. Müəllif həm də burada akademik araşdırma nümunəsi monoqrafiya ilə dərsliyi bir arada ifadə edə bilmiş və tədqiqat-dərslik modelini yaratmağa çalışmışdır.

Dərslik müəllifi olduğumuz “XX əsr Azərbaycan ədəbiyyatı” proqramı (Azərbaycan Respublikası Təhsil nazirinin 6 iyun 2010-cu il tarixli 795 saylı əmri ilə təsdiq edilmiş) üzrə yazılmış, ən son elmi araşdırma və tədqiqatların mütərəqqi cəhətlərini özündə ehtiva etmişdir.

Müəllif bu monumental dərslik-tədqiqat işinin-yeni ədəbiyyat tarixinin yazılmasında ona köməklik göstərən nüfuzlu tədqiqatçılara, rəyçi və redaktorlara, eləcə də işin yerinə yetirildiyi Bakı Slavyan Universitetinin rəhbərliyinə təşəkkürünü bildirir.







 


Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.