Adil Mirseyid - Unudular dodağının balı da...
09.03.13
Etiraf
qürbət eldə sərsəri kimi könlüm çox yorğundu dindirmə məni haçansa yazdığım bir şeir kimi sevib unudaram gözəlim səni
unudaram gözünü göz yaşını unudaram boynundakı xalı da unudaram qəbrini baş daşını unudular dodağının balı da
burax gedim bir də geri dönmərəm mən sənin qapını döymərəm daha uçaram göylərdə yerə enmərəm bu bəxti taleyi söymərəm daha
qara foksteryer çımaz yadımdan adam gözü kimi qəmli gözləri ona salam söylə mənim adımdan və unut dediyim bütün sözləri
|