"Bizi ən böyük faciə onluq formalaşanda gözləyir"

06.03.13

Nigar Köçərli: "Yaxın günlərdə apellyasiya olacaq, bu, mətbuatın iştirakı ilə olacaq. Artıq 5-6 yazıçının şikayəti qeydə alınıb. Gəlsinlər, ekspertlərlə müzakirə etsinlər. Əgər hansısa yazıçının arqumenti güclü olacaqsa, ekspertlər öz seçimlərinə dəyişiklik edə və onda Apellyasiya Şurası 20-liyə dəyişiklik edə bilər".


Milli Kitab Mükafatının (MKM) bu günlərdə elan edilmiş 20-liyi birmənalı qarşılanmadı.

Azadlıq Radiosunun "Pen klub" proqramındakı debata Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli, ekspertləri Yaşar, Zahir Əzəmət, 20-likdə yer alan yazıçı Aslan Quliyev, müsabiqədən narazı olan yazarlar - Vüsal Nuru, Fərid Hüseyn və başqaları qatılıb.


Zahir Əzəmət:

"Ekspertlərdən biri - Yaşar etiraf etdi ki, Cavid Zeynallının əsərini oxumayıb".

Yaşar:

 - Orda anlaşılmazlıq olub. Mən elə bilmişəm ki, gənc yazarlara ayrıca mükafat veriləcək və buna görə biz ekspertlər onların əsərlərini oxumamalıyıq. O cümlədən Cavidin romanını. Amma bu anlaşılmazlıq aradan qalxdı və indi Cavid Zeynallının əsərini oxuyub yekunlaşdırmaq üzrəyəm. Apellyasiya zamanı bu əsərə görə öz balımı açıqlayacam. Mənim fikrim hər şeyi həll etmir. O biri  ekspertlərin də fikri mühümdür. Amma balımı verəcəm, nəticəsi bilinəcək.

Vüsal Nuru:

- Mənim də əsərim oxunmayıb. Yaşar müəllim müsahibəsində deyib ki, əsərlər üslub, forma cəhətdən fərqlənmir. Həmin kriterilərə uyğun olaraq mənim əsərim mütləq seçilməliydi. Çünki qotik üslubda yazan ilk müəllif mənəm. “999” romanım fantastika, qorxu janrında olan əsərdir. Bu əsər bizim hörmətli ekspertlər tərəfindən oxunsaydı ola bilməzdi ki, seçilməsin.

Yaşar:

- Bizim müəlliflərin bu qədər özündənrazılığını qəbul etmirəm. Gənc yazarlar bu qədər iddialı olmamalıdırlar. Həmin əsəri mən oxumuşam. Vüsal bəyin onbeşliyə düşən əsərlərdən xəbəri var? Hansı əsasla deyir ki, əsəri mütləq ora düşməliydi? Vüsal bəydə müəyyən yazıçılıq işartıları var. Əsərin əvvəlində Sabunçuda qadın intiharından danışılır, bir bundan başqa mən əsərdə Azərbaycana aid heç nə tapmadım. Bu, filmi xatırladırdı. Hiss olunurdu ki, yazıçıdan çox, ssenarist yazıb bunu. Fellini ilk növbədə italyan rejissorudur, sonra bəşəri. Bizə lazımdır ki, Azərbaycan ədəbiyyatı, milli ədəbiyyat yaransın. O dediyi qorxu, dəhşət ədəbiyyatının böyük nümunəsi Edqar Podur. Bu ədəbiyyat ikinci dərəcəli ədəbiyyatdır. Vüsal bəy öz mövzusunu tapmalıdır, təklif edirəm ki, özünü yazsın.

Vüsal Nuru:

- Yaşar müəllimin bu izahatı məndə gülüş doğurdu. Bəli, mən həm də ssenaristəm. Seriallarım efirdə gedir. Bunun heç nəyə dəxli yoxdur. Deyir ki, əsərin Azərbaycana aidiyyatı yoxdur. Bununla da sübut etdi ki, o, əsəri oxumayıb. Uzaqbaşı bir fəslini ya da bir neçə səhifəsini oxuyub. Əsər Cənubi Azərbaycana, qadınlara aiddir, feminist romandır, zorakılığa qarşıdır. Sonda Cənubi Azərbaycana mesaj da göndərilib.  

Şahnaz Bəylərqızı:

- Vüsal bəy, Apellyasiya Şurasına müraciət edəcəksiz?

Vüsal Nuru:

- Əlbəttə. Hələ dəqiqləşdirə bilməmişəm apellyasiya nədir. Amma qoy mənə izah etsinlər romanımda nə çatmır. Mənim iddiam olmasa, roman yazmaram.

Fərid Hüseyn:

- Mənim də bu siyahı ilə bağlı müəyyən fikirlərim var. Elə əsərlər seçilib ki, seçilməyənləri oxuyanlar siyahıya düşənlərin çox zəif olduğunu başa düşürlər. Məsələn, Cavidin, Vüsalın romanı Şəhriyar del Geraninin romanından daha yaxşıydı. Şəhriyar dostumuzdur, amma bununla yanaşı biz müəllifləri yox, mətnləri  qiymətləndirməliyik. Bu müsabiqədə narazılıqlar bundan sonra olacaq. Münsiflər Heyətində elə adamlar var ki, onların kitab oxumağa vaxtı yoxdur. Azərbaycanlılar İslama inansa da, Azərbaycan ədəbiyyatı bütlərə inanır. Yəni filankəs bütdür, o mütləq münsif olmalıdır... Bu müsabiqədə də əsərlər oxunmayacaq, narazılıq da yaradan budur ki, kitablar oxunaraq yox, vərəqlənərək seçilir. Bu, gün kimi aydındır. Heç kəsin qulağından əriştə asmaq mümkün deyil.

Nigar Köçərli:

- Məsləhət görərdim ki, münsiflərlə bağlı narazılığı saxlayaq sonraya. Yavaş-yavaş gələk.

Zahir Əzəmət:

- Fərid bəy, birincisi, biz adlardan çəkinmirik. Biz ekspertlər xalq yazıçılarını, böyük yazıçıları belə iyirmiliyə salmamışıq. Biz adlara deyil, yazılara qiymət verməyə çalışmışıq. Vüsal bəyin romanı ilə bağlı deyim. Bu əsər nə qədər Azərbaycan dilində yazılıb? Təbii ki, formaya cəhd edib, ideya qoyub. Amma dil... Cavid Zeynallı keçən il iyirmiliyə düşdü, amma onluğa keçmədi. Mənim favoritmlərimdən idi. Ancaq  bu il israr etmədim. Çünki yeni romanla əvvəlki arasında ciddi fərq yoxdur. İkinci romanda tələskənlik, uzunçuluq var. Bu dəfə müsabiqəyə verilən əsərlərin bədii çəkisində axsama var. Oturaq danışaq, qıraq hətta bir-birimizi, amma ədəbiyyat adına.

Nigar Köçərli:

- Mən ekspertlərə inanıram. Bu il Apellyasiya Şurası yaradılır. Yenilikdir. Hamını ora müraciət etməyə dəvət edirəm. Artıq 5-6 nəfər qeydiyyatdan keçib. Gəlsinlər iradlarını birbaşa ekspertlərə bildirsinlər. Ola bilsin nəticə dəyişsin, ola bilsin yox. Bəri başdan heç nə deyə bilmərəm.

Aslan Quliyev:

- Narazı qalanlar qoy əsərlərini çap etsinlər. Qoy oxucular qiymət versin. “Ekspertlər tanışlığa, dostluğa əsasən seçim edirlər” kimi fikirlər yanlışdır, reallığa söykənmir. Şəxsən mən ekspertlərlə də, Nigar xanımla da oturub bir stəkan çay içməmişəm. Cavid Zeynallının 20-liyə düşməyən əsərini oxumamışam, ona görə heç nə deyə bilmərəm. Amma başqa əsərlərini oxumuşam. Ümid verən gəncdir. Uzun siyahıya niyə düşməyib, bunu deyə bilmərəm.

Yaşar:

- Vüsal Nuru deyir ki, qotik ədəbiyyatı Azərbaycanda o yaradıb. Bunlar 100 il qabaq olan şeyləri indi etmək istəyirlər, özü də deyirlər ki, bunu biz gətirdik. Bu xəstəlikdir. Bu dəfə müsabiqədə səviyyə düşüb aşağı. Bəlkə də səbəb iştirakçıların çoxunun gənc olmasıdır. Fərid bəy Cavidin, Vüsal Nurunun əsərlərinin Şəhriyarın romanından güclü olduğunu deyir. Fərid, bu sənin öz kriterilərinlə elədir. Hər halda, mənim bu gün-sabah 50 yaşım olur. Mənim ölçülərimlə Şəhriyarın əsəri daha gözəldir. O əsərdir. Bizi ən böyük faciə onluq formalaşanda gözləyir.

Fərid Hüseyn:

- Ola bilməz ki, Yaşar müəllim, Şəhriyarın romanındakı ideyalarla  Züskindin “Ətriyyatçı” əsərindəki ideyaların oxşarlığını görməyə.

Yaşar:

- Yusif Səmədoğlunun “Qətl günü” struktur, obrazlar baxımından “Ustad və Marqarita”nın, eləcə də “Yüz il tənhalıqda” romanlarına bənzəyir. Buna plagiat da demək olar. Ancaq Yusif Səmədoğlunun “Qətl günü”nü ingilis, fransız yaza bilməz. O azərbaycanlılardan yazıb. Şəhriyarın əsəri Züskində oxşaya bilərdi, amma sırf Azərbaycan mənzərəsi idi. Biz abrımıza qısılıb Azərbaycan mentalitetinə uyğun olaraq Şəhriyarı buraxmaya bilərdik. Ancaq əsərin bədii gücü buna imkan vermədi.

Elşən Feyzullayev:

- Belə qənaətdəyəm ki, ekspertlər dəyişsə, nəticələr də dəyişəcək. Tamam başqa əsərlər iyirmiliyə düşəcək. Mən MKM-ə dram əsərləri vermişdim. Mənim kitabım Yaşar müəllimdə olub. Onunla danışdım, dedi ki, kitabda ana ilə oğulun dialoqu xoşuma gəlmədi, ana oğlu ilə belə danışmamalıdır.  O pyesdə ana, oğul obrazı yoxdur. Yaşar müəllim ümumiyyətlə, pyeslərimi oxumayıb. İkincisi də, mənim kitabıma ekspertlərdən biri - Tehran Əlişanoğlu maraqlı rəy yazıb. Belə çıxır ki, ekspertlərdən biri pyesimi zibil qutusuna atıb, ədəbiyyat saymır, o biri də yaxşı qiymətləndirib.

Yaşar:

- Mən son 3 ildə 20 pyes tərcümə etmişəm. O pyeslərlə müqayisədə bu pyeslər mənə primitiv göründü. Özü də pyeslərin hamısını oxumuşam. Mən çaşdım dedim ki, ana elə danışmaz.

Şahnaz Bəylərqızı:

- Necə danışmaz ki?

Yaşar:

- Ana ilə oğul elə danışır, elə bil kitabı qabaqlarına qoyub üzündən oxuyurlar. Elə tamaşa olar? Pyes dialoqlar üzərində qurulur. O, dialoq yaza bilmirsə, mən nə deyim. Tehran Əlişanoğlunun fikrisə öz fikridir... /oxuzali.az/

Yenililklər
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.