Cavid Zeynallı: "MKM-in siyahısı biabırçılıqdır"
02.03.13

Yaşar Əliyev: "Onun əsəri siyahıda olmayıb"

Yazıçı Cavid Zeynallı Milli Kitab Mükafatının bu gün açıqlanan uzun siyahısını (ilk 20-lik) biabırçılıq adlandırıb. İyirmiliyə əsəri düşməyən C.Zeynallı açıqlamasında ekspertlərin özünə yaxın adamları siyahıya saldığını bildirdi: “Bu siyahıya baxan kimi hiss olunur. Burda ədəbi kriteriyalardan daha çox ekspertlərə yaxınlıq, nəsil anlayışı əsas götürülüb. Siyahıda elə müəlliflər var ki, ədəbi mühitdə qeyri-ciddi imza kimi tanınırlar. Eyvaz Zeynalovun, Alik Məmmədovun və Azər Qaradərəlinin potensialına yaxşı bələdəm. Vahid Qazının “Çamayra. Kuba gündəliyi” əsəri sırf publisistikadır. Ancaq bədii əsər kimi ora daxil edilib”.
 
Yazıçı MKM-in təsisçisi Nigar Köçərlinin müsabiqənin rəhbəri kimi balları açıqlamasını xahiş etdi: “Ekspertlərin mənim əsərimə verdiyi balı açıqlasın. Həmçinin ekspertlər mənim romanımı hansı səbəbdən kənarda saxlayıblar, ona aydınlıq gətirsinlər. Ekspertlərdən biri mənə üstüörtülü dedi ki, sənin əsərin oxunuşa verilməyib, o biri də dedi, siyahıya düşmək üçün balın çatmadı. Anlaşılamaz, absurd vəziyyətdir”.
 
MKM-in eksperti Yaşar Əliyev C.Zeynallının dedikləri ilə razılaşmayaraq onlara təqdim olunan ümumi siyahıda onun əsərinin olmadığını söyləyib: “Biz məsələ qaldırdıq ki, Cavidi ümumi siyahıya salaq, amma təklif gəldi ki, Cavid gənclər siyahısında olsun. Mən onun əsərini  oxumamışam və onun əsərinin nə üçün ekspertlərə təqdim olunmamasının səbəbini bilmirəm. Cavid və qırx nəfərə yaxın başqa imza gənclər üçün nominasiyaya daxil edilib. Bir də ki, Vahid Qazının əsəri publisistik çalarla yazılmış bədii əsərdir. Əsər üslub cəhətdən çox maraqlıdır. Bu milli kitab mükafatıdır, bədii əsər də, publisistik əsər də ola bilər. Burada sırf bədii əsərlərdən söhbət getmir”.
 
C.Zeynallının iradlarını normal qarşılayan MKM-nin rəhbəri Nigar Köçərli isə bildirib ki, hər kəsin rəyi onlar üçün vacibdir. Balların açıqlanmayacağını sözlərinə əlavə edən N.Köçərlinin ekspertlərin tərəf tutmasına münasibəti belə oldu: “Ekspertlər ayrılıqda, tək-tək buna münasibət bildirsinlər. Kimin əsərinin uzun siyahıya düşüb-düşməməyi ilə bağlı söhbətlərə yalnız onlar cavab  verə bilər. Bizə əsərlərini göndərən müəlliflərə qeydiyyat nömrəsi verilibsə deməli onun əsəri qeydiyyata  götürülüb və kitab və ya disk şəklində ekspertlərə  təqdim olunub”. /kulis.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.