MKM ekspertləri yazarlardan şikayətləndi
02.03.13
Milli Kitab Müsabiqəsində ekspertlər müsabiqəyə təqdim olunan əsərlərdən şikayətlənib.
Ekspert Yaşar isə bildirib ki, ilk MKM müsabiqəsi daha yaxşı idi. “İkinci birincidən, üçüncü isə hər ikisindən də zəifdir. Bu, şəxsi qənaətimdir”.
Digər ekspert Mahir Qarayev də bu il müsabiqəyə təqdim olunan əsərlərin zəif olduğunu dilə gətirib.
“Mən də bunun belə olmasına təəccübləndim. İndi saytlar çoxalıb. Kitab çap etmək asanlaşıb. Ona görə də artıq oxucular da yazıçı olur. Hər kəs indi əsər yazır”.
M. Qarayev bildirib ki, MKM-ə təqdim olunan əsərlərin çoxu üslubsuzdur.
“Biz çox çətinliklə uzun siyahı tərtib etdik. Amma burada da zəif əsərlər var. Hətta elələri var ki, onların adını dəyişib bir-birinə qoysan heç nə dəyişməz”. /modern.az/
|