Milli Kitab Mükafatında açıq Apelyasiya Şurası keçiriləcək
02.03.13
Milli Kitab Mükafatında açıq Appelyasiya Şurası keçiriləcək.
Martın 1-də Milli Kitab Mükafatının uzun siyahısı açıqlandı. Əsərləri uzun siyahıya düşməyən bəzi müəlliflər nəticəyə etiraz ediblər. MKM təsisçisi Nigar Köçərli hesab edir ki, hər bir müəllifin etiraza haqqı var və onun appelyasiya hüququ təmin edilməlidir.
N. Köçərlinin bu barədə fikirlərini bildirib: “Hal-hazırda iki gənc müəllif nəticəyə etiraz edib: Fərid Hüseynli və Cavid Zeynallı. Onların etirazını normal qəbul edirəm. MKM-in əsas prinsipləri ədalətlik və şəffaflıqdır. Bu baxımından ədalətli olmaqla şəffaf formada onların və ya digər nəticəyə etiraz edənlərin appelyasiyasına baxılacaq. Bu bazar günü Ekspertər Şurası yenidən toplanacaq, appelyasiya şikayətlərinə baxılma tarixini müəyyən edəcəyik. Appelyasiya prosessi şaffaf olacaq, bir tərəfdən Ekspertlər Şurası, digər tərəfdən isə şikayət edən müəlliflər. Prosess hər kəsin, o cümlədən jurnalistlərin üzünə açıqdır”.
Avanqard.net
|