Ceyhun Musaoğlu - Doğulmaq pisdi, yaşamaq gözəl
23.02.13

Uşaqlığımın mülkü olan baxçanın dağıdılmış daşları arasında xatirələrimi axtarırdım. Tapdığım oyuncaq avtomat oldu. Əlimə götürən kimi, partladı. Ağır yaralandım. Ölmədiyim üçün bildim ki, xarabalıq yer fermaymış, ermənilər dağıdıb. Həmin avtomat isə altına sürpriz mina basdırılan silah olub. Fermanı bağça, avtomatı oyuncaq bildiyimdəm faciə yaşadım. Onda anladım ki, müharibəyə yaddaşdakı xatirələrlə getməzlər.

Nənəsini canavar, babasını ayı bilən uşaq. Nənəsinin ulartısından, babasının nəriltisindən yaddaşına bir mırıltı köçüb. Üzünü vətənin sərhədlərinə tutub mırıldıya-mırıldıya böyüyən uşaq. Onun mırıltısı bilir ki, bu sərhədlər yalnız kiçilməyi, əraziləri küncə sığışdırmağı bacarır.
Vətən həsrətli bütün şeirlər debildi. Birinin başı böyükdü, o birinin ayağı. Başqasının bədəni. Künc-bucaqda yazılan heykəl şeirlər. Bax, görürəm, sən də bax, diqqətlə bax, qaçır. Hə, o Zəngəzurdu - ağzı qan içində, qulağı cırılıb. Bax, bax, sağa dönüb kolluğa girən Qarabağdı, bir ayağı yoxdu. Hə, hə, tanıdın? Bu da Təbrizdi. Özünü bəy kimi aparır. Bığına sığal çəkir, gördün, bir tərəfi düşdü. Yekəxanalar kimi gözünü dəsmalının ucu ilə təmizləyir, daha barmağı ilə yox. Həri, sol gözü də düşdü. Burnunun yarısı ovulub töküldü. Sağ qolu qopub yerə dəyəndə dəmir səsi çıxardı...
***
"39"-dan Azərbaycan Texniki Universitetinin dayanacağında düşməyə hazırlaşıram. 5 manatlıq çıxarıb sürücüyə uzadıram: "Buyurun, bir nəfər çıxın". Acıqlı-acıqlı dillənir: "Xırda ver də...". Amma pulun qalığını geri qaytarır. Qalığı götürüb düşürəm. Bir addım atıb geri çönürəm. Aaaa, sürücünün yerində dəvə oturub ki, ağzında da çəngələ keçirilmiş başsız adam.
***
Kimi danışdırırsan, gileylənir. Meyxanaya, müğənnilərə bu qədər geniş yer verilməsindən dad deyirlər. Guya elm adamları küçələrlə doludur, onları televizora çıxaran yoxdur. 50 min şagirdin atestatsız qaldığı məmləkətdə elm adamı, ziyalı axtarmaq qaranlıqda qara pişik axtarmaq qədər absurddudr. Vay o gündən ki, otaqda pişik olmaya. Elə 30 il öncə də belə idi. Məsələn, Nisə Qasımova Nəcəf Nəcəfovdan çox tanınırdı və birinciyə ikincidən çox hörmət olunurdu. Sadəcə, bir televiziya var idi, oxuyanlar gözümüzə gec-gec girirdi. Əgər biz şair xalqıqsa, oxumaq və oynamaq haqqımızdır. Gileyi yığışdırın.
***
Bilirəm harda bədbəxt oldum. 7-ci sinifdə oxuyurdum. Yaşadığım binanın qarşısındakı qumluqdan 15 qəpik tapdım. Qorxumdan corabımda gizlətdim. Evə gələndə həyacanlı idim. Qapıda anam qarşıladı, təcili corablarımı çıxartmamı istədi ki, nahar fasiləsindəki vaxtdan istifadə edib yusun və işə qayıtsın. Təntidiyimdən əlim ayağıma, ayağım əlimə ilişirdi. Anam corablarımı dəhlizdəcə özü çıxarmalı oldu. Birinin içindən 15 qəpik yerə düşdü. Ağladım. Hadisəni danışdım. Anam əlimdən tutub, həyətə düşürtdü, qəpiyi hardan tapmışdımsa, ora atmağı əmr etdi. Atdım. Qəpik kamet kimi yeri deşdi. O vaxtdan o quyudan çıxa bilmirəm. Anamın "başqasının heç nəyi bizə lazım deyil" deməsi düşdüyüm quyuya uzanan əlləri də havadan asılı saxlayıb. Başqalarının əlləridi, ona görə.
***
Uşaqlığımın dəfn mərasimində bir nəfər də olsun uşaq gözə dəymədi. Hamısı böyüklər idi, çöhrələrində gülüş vardı. Bu mənzərədən diksindim.
***
Başımı onun çiyninə qoyub ağladım, qolu yerə düşdü. Əyildim götürməyə, çiyinlərimdən tutub qaldırdı. "O düşməliydi, başqasına sarınmışdı. Sənin göz yaşlarından yerində yenisi cücərəcək"-dedi.
***
Həyat haqqında nə düşünürsənsə düşün, o sənin haqqında düşünmür, bunu dəqiq bil!
***
Çoxdandır ki, yazdıqlarım təkrar alınır. Cəlil Məmmədquluzadə hələ də bizim söz sənətində aktualdırsa, deməli, hansısa qüvvə Azərbaycanı keçmişin quyruğuna bağlayıb. Əgər yazdıqlarım təkrardırsa, mətndəki hadisələr dünən baş verib. Dünən isə yoxdur. Olmayan şeylərdən yazmaq meymun kimi atılıb düşməkdir. Meymunların oyunu yalnız ötəri diqqət cəlb edə bilər. Yalnız ötəri.
***
Heç doymadım uşaqlığımdan. Yaman tez, həm də ac böyüdüm. Uşaqlığı doyunca gözlərimə təpə bilmədim. Ən sevimli oyuncağım avtomat oldu. Onu da əlimə götürəndə böyüklərə oxşadım.
*****
Bütün arzular parıltılı olur, onların arxasınca düşməyin, çatacaqsız sönəcək, qaranlıqda qalacaqsız!
***
"Bakı bulvarında intihar". Son vaxtlar məkanı bulvar olan intihar hadisələrini tez-tez eşidirik. Dəniz insanı yaşamağa sövq etməliydi. Bizim Xəzər ölümə çağırır. Xəzərə şeir yazan şairlərin ruhu sızıldayır yəqin. Yalanlarının üstü açılıb.
***
Adam bəlli yaşından sonra ancaq düşüncələrdən ibarət olur, özü yoxa çıxır.
***
Əslində pensiyanı 18-35 yaşlı insanlara vermək lazımdır ki, onlar şəxsi həyatları ilə məşğul ola bilsinlər. 60-dan sonra həyat şəxsi olmur, ümumiləşir.
***
"Şükür Allaha, bir tikə çörək tapıb yeyirik" fikrini başı üzərində birrəngli bayrağa çevirən toplum heç vaxt dəyişə bilməz, yalnız yoxa çıxa bilər.
***
Təkrar yaşadığımdan yaşımın neçə olduğunu da unutmuşam.
***
"Görəsən qaranlıq hayandan girir, gündüz gün işığı girməyən evə?.." .-Yapon şeiridi. Yaponların düşüncəsini çox sevirəm. Onların hamısında peyğəmbərlik var. Allah cənnəti Yapon düşüncəsi ilə quracaq, indi görərsiz.
***
Mənim disskusiyalardan xoşum gəlmir, çünki həqiqət axtarışını çoxdan bitirmişəm və onu tapmışam.
***
Səninlə yaşamaq yox, səni yaşatmaq lazımdır.
***
Başqa cür fikir: Əgər danışmaq istəyirsənsə sənin susmağını da eşidəcəm.
***
Əgər biz belə bir vəziyyətdə hələ də dəli olmamışıqsa, deməli, əvvəldən dəliymişik!
***
Xoşbəxtliyin dəqiq düsturunu tapmışam. Sən güləndə ətrafındakılar da gülürsə, ən xoşbəxtsən.
***
Dostlar, sizə görə ölümə gedə bilərəm, ancaq məndən sonra sizin ölməyəcəyinizi bilim.
***
Qadınların bəlli yaşı olur-35. Qadınlar həmişə o yaşda qalırlar.
***
Bizim hər şeyimiz var, pulumuzdan başqa. Bizdə olan həmin hər şeyə isə pul verən yoxdu. Çünki ona qiymət qoya bilmirlər.
***
Əgər sənin hamıdan fərqli baxış bucağın varsa, fərdsən. Belələrinə orijinal insanlar deyilir. Orijinal insanlar həm də kimsəsizlərdi. Deməli, çoxluğu kimsəsiz olan məmləkət xoşbəxt məmləkətdi. Yəni onların ümumi dərdi yoxdu. Ümumi dərd olmayan yerdə dövlət firavan və azaddır. Və mən ona görə də kimsəsiz olmaq istəyirəm. Sizə də kimsəsizlik arzulayram. Onu da qəbul edirəm, deyin, arzun başına dəysin! /qafqazinfo.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.