Moskvadakı sərgidə Nizami Gəncəvi İran şairi kimi təqdim olundu
22.02.13

Rusiya paytaxtında "IX-XIX əsrlərdə İslam dünyasının klassik incəsənəti. Allahın 99 adı" adlı sərgidə Azərbaycan şairi Nizami Gəncəvi İran şairi kimi təqdim olunub.

Məlumata görə, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində keçirilən “Mərcani Fondu”nun kolleksiyasından olan “IX-XIX əsrlərdə İslam dünyasının klassik incəsənət əsərləri sərgi”sində dahi Azərbaycan şairi Nizami  Gəncəvinin “Xəmsə”sinə daxil olan “İsgəndərnamə” əsərinə çəkilmiş miniatürlər nümayiş olunub. Bu zaman Nizami Gəncəvi İran şairi kimi təqdim olunub.
 
Bu, Azərbaycan tarixi və incəsənətinə dair faktların İran tarixi və mədəniyyəti kimi təqdim olunmasına dair sərgidə olan yeganə fakt deyil. Belə ki, sərgidə Səfəvi hökmdarı Şah İsmayılın oğlu I Təhmasib, nəvəsi Şah Abbas da İran hökmdarı kimi göstərilib. Ümumiyyətlə, Səfəvilər dövrünə aid bütün incəsənət nümunələri sərginin İrana aid bölməsində nümayiş olunub.
 
Qeyd edək ki, "IX-XIX əsrlərdə İslam dünyasının klassik incəsənəti. Allahın 99 adı" sərgisi yüzlərlə əsəri özündə birləşdirən ilk sərgidir. Sərgi üçün müsəlmanların dualarında səsləndirdikləri Allahın 99 gözəl adını əks etdirən dünya əhəmiyyətli 99 şah əsər seçilib. Sərginin üç bölməsi əsas tarixi dövrlərə uyğundur. Bunlar İslamın yaranmasından monqol hücumuna qədərki dövr, Çingizilər dövrü və monqolların hakimiyyətindən sonrakı dövrləridir. İlk bölümdə İslam dünyasının əsas məkanları - Şimali Afrika, Suriya, İraq, İran, Orta və Kiçik Asiyadan olan əsərlər nümayiş olunub.
 
Sərginin ikinci bölməsi Çingizilər dövrünə həsr olunub və Çindən Şərqi Avropa çöllərinədək İslam incəsənətini əks etdirir. Çingiz xan dövründə monqollar İslamı qəbul etməsələr də, nəhəng imperiyanı öz aralarında bölmüş dörd monqol sülaləsindən üçü İslamı qəbul edib.
 
Üçüncü bölmə isə monqolların hakimiyyətindən sonra gələn müsəlman hökmdarlarının - Məmlüklər (1250-1517), Osmanlılar (1299-1923), Teymurilər (1370-1507), Şeybanilər (1500-1598), Səfəvilər (1501-1736) və Qacarların (1779-1925) saray ustalarının əsərlərindən təşkil olunub. Burada daha geniş şəkildə əl yazıları, miniatürlər, toxuculuq məhsulları nümayiş olunur.
 
Sərgidə klassik müsəlman incəsənətinin 99 abidəsi nümayiş etdirilir. Onların arasında erkən İslam dövrünə aid unikal əsərlər də var. Buraya Abbasilər (IX əsrin sonu) dövrünə məxsus qədim Quran vərəqi, erkən orta əsr dövrünə məxsus kasalar və digər unikal sənət əsərləri daxildir. Sərgidə nümayiş olunan əsərlər arasında XVI əsrin ortalarına məxsus, üzərində Allahın 99 adının toxunduğu xalça var. Sərgidə ən maraqlı əsərlərdən biri də üzərində quş rəsmləri olan Çin kağızında yazılan Quran tutur.
 
Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Ş.Mərcani adına Elmi və mədəni proqramların dəstək və inkişafı Fondunun təşkilatçılığı ilə keçirilən sərgi mayın 26-dək davam edəcək. /APA/

 

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.