Orxan Pamuk: "Mən ailənin idiotuyam"

21.02.13


Türkiyənin ən məşhur yazıçılarından biri, Nobel ədəbiyyat mükafatı laueratı Orhan Pamuk İtaliyanın ən nüfuzlu qəzetlərindən biri La Republica-ya müsahibə verib.


- Atanız mühəndis olmağınızı istəyirdi, amma siz yazıçı oldunuz. Uşaqlıq yaşlarınızda riyaziyyat müəllimlərindən də qorxardınız, deyilmi?

- 2006-cı ildə Nobel mükafatı almış ilk türk yazıçı oldum. Qürur duyuram? Bəli. Çünki İstanbulun, bu doğma məkanın melanxolik ruhunu aşkarlamağa çalışdım.
İzninizlə, bir məqamı deyim. Bəli, mühəndis ailəsindənəm. Atam və babam mühəndisdir. Onlar daim mənə tapmacalar deyər, məsələ və misal həll etməyimi istərdilər. Məktəbdə yaxşı oxumurdum. Amma sonra atamla babamı pərişan etməmək üçün özümü zorladım, yaxşı, hətta əla oxudum. Riyaziyyatda da xeyli irəli getdim. Di gəl, müəllimlər məni bir qədər əsəbi etdi. İndi də narahatamsa, əsəbiyəmsə, bağışlayın.

- Narahat olmayın, sizi cırnadacaq suallar verməyəcəm. Deyilənə görə, babanız Parisdə yazıçı Sartrla görüşübmüş.

- Hə, olub elə məsələ. Böyük qardaşım və mən tipik üçüncü dünya tərbiyəsi almışam. Valideynlərimiz bizə həmişə deyirdilər ki, yaxşı oxuyaq, sonra millət və ölkəmiz üçün faydalı işlərlə məşğul olan.
Ona görə də qardaşım Yel Universitetində kimya mühəndisliyi oxudu, sonra London İqtisadiyyat Məktəbində iqtisadiyyatı öyrəndi.

- Ailəniz sizdən razı deyilmiş.

- Elədir. Patriarxal türk ailəsinin övladıyam. Böyük oğul omadığım üçün bütün mənəvi yük çiyinlərimdə deyildi. Yəni türk ailəsində böyük qardaş məsuliyyətli adamdır, kiçik qardaşlarının davranışlarına cavabdehdir və ilaxır.
İkinci olmaq yaxşı deyil. Bəlkə də, buna görə İstanbulun ruhunu havada, vitrinlərdə də arayırdım.
Qardaşım hər zaman gərəkli ünvanı tapmaq üçün küçələrin adları ilə maraqlanardı. Mən də havaya, vitrinlərə baxaraq xəyallara qapılardım.

- Piter Penə çevrilirsiniz.

- Dostlarım həmişə deyirlər ki, məndə bir az uşaqlıq var. Hətta indi də. Söz yox, insanın batinindəki uşaqlıq onun xəyalına təkan verir, amma gündəlik həyatını ağırlaşdırır. Bəzi şeyləri 6 yaşımda öyrənmişəm və indi, 60 yaşımda etiraf edirəm ki, qardaşımdan fərqliyəm. Qardaşım cəmiyyətdə nə edəcəyini bilir. Mən isə anti-sosialam, çox zaman öz üzərimdə nəzarəti itirirəm.

- Yəni əslində bir rəssam, yaradıcı insan...

- Hə, bəlkə, yaradıcı insan təki özümə haqq qazandıra bilərəm. Bəlkə, rəssam doğulmuşam və ya sonradan belə olmuşam, bilmirəm. Tənha, tək, arzularına qapanan adam da sayıla bilərəm. Ailəm də məni belə qəbul etdi, barışdı, öyrəşdi.
Memar olacaqdım, amma kollecdə üç il oxuyandan sonar bezdim və yazmağa başladım.
Yazıçı azad insandır və ümid edir ki, oxucunun soruşa biləcəyi istənilən sualın cavabını bilir.
Di gəl, yazıçının suallarına cavab verən olmur.

- İstanbulda Məsumiyyət Muzeyiniz var...

- Bu muzey "Məsumiyyət Muzeyi" kitabından çox sonra açıldı. O vaxtın siyasi durumu imkan verməsə də, kitabın satışa çıxdığı gün muzeyin açılmasını istəyirdim. Sadiq oxucularım sanki xaçlı yürüşünə çıxmış adamlar kimi muzeyə axışırlar. Bu, məni narahat etmir. Muzeyi də insanların gəlişi üçün qurdum. Ora gələnlərin yarıdan çoxu kitabı oxuyan adamlardır. Əsəri oxuyanlarla danışdım. "Məsumiyyət Muzeyi"nin detallarını bilmirlər. Bir obyekt yalnız duyğu ilə bağlı olanda xatırlanır. Ona görə də oxucular əsərlə bağlı bu qədər obyekti bir arada görüb yenidən romanı xatırlayır.

- İndi nə edirsiniz?

- Muzeyi yaradandan sonra yazıçı həyatıma qayıtdım. Yeni romanı artıq yarılamışam. 60 yaşımdayam, həyat qısalmağa davam edir. Nobel mükafatı məni əməllərimdən əl çəkməyə vadar etmədi. Əksinə, daha çox işləyirəm. Çünki yaşamağa az vaxtım qalıb. Hələ yazılası çox şey var.

- İstanbul ruhu nədir?

- Hüzn, qəm, qüssə, melanxoliya. Yalnız Qahirə, Bağdad, Dəməşq və ya Romada belə ab-hava tapıla bilər.
Uşaqlığımda, 1950-ci illərdə olan binalar dağılır, abidələr köhnəlir. Eynən indiki Hindistandakı kimi. Orada da köhnə binalar yerini yeni tikililərə verir.
Qahirədə də belədir.

- Bəlkə, yazıçılar özlərini həddən ziyadə tənqid edirlər? Özünüzü anlamağa çalışırsınız, amma başqalarını unudursunuz.

- Yazıçı yaşamının iki ünsürü var. Analitik düşüncə, riyaziyyat məqsədə çatmaq üçün fikirlərin axınını anlamaq, mental konstruksiyalar qurmaq istəyənlər üçündür. İçimdə ölən, dəfn olunan memar bu istiqamətdə şərtləri qəbul edir.

Bir də var şairənə, çılğın şüar. Batinimdəki fikir musiqisinə uyğunlaşmaq, ruhumun qəfil pərvazını dərk etmək üçün bu ünsürdən də yararlanıram. Analitik ağıl və şairənə hissiyat birləşməli, rasional planlaşdırma və sürreal irrasionallıq arasında mizan olmalıdır. Bax, buna görə roman yazmağı sevirəm.

- Sizdə sanki bir totemizm, ruh və ya əşyanın bütləşdirmə istəyi var.

- Əlbəttə! Hər birimizin müəyyən əşyalarla bağlılığı var. Fikir, xatirə, anlam, ruh, yaşanan anlar... Həyat, eşq və ölüm var ortada. Beləcə, hansısa əşyaya bağlı olmağımız və ya hadisəni unutmamağımız totemizm yox, içimizdəki ruhları sarsıntılardan qorumaq istəyidir.
Yazıçı xatirələr kolleksiyaçısı, nisgil anbardarı deyil. Hər ürək, hər şüur bir muzeydir və istərsək, orada nələr görmərik ki... Ailəm mənimlə qürur duyurmu? Bilmirəm. Gerçəkdən, bilmirəm. Mən ailənin idiotuyam, çünki izafi qəm həmişə izafi kədər doğurur. Alimin qüssəsi, yazıçının qəmi ilə bağbanın kədəri arasında fərq var. O fərq yaşananların anlam fərqidir.
Bağban bəzən yazıçıdan qəmli olur və vay onda o bağbanın halına: adam rahat həyatını itirərək itirdiklərini özündə aramağa başlar... /milli.az/

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.