Cavanşir Yusifli - Nakamlıq və Məhkumluq
21.02.13

Bəzən insanları gerçəklər deyil, əfsanələr yetişdirir, ona görə yox ki, gerçəklər dözülməz, əfsanələr əksinə, yaraya məlhəm təsiri bağışlayır, bəlkə ona görə ki, müəyyən zaman çərəyində gerçəklik və gerçəklər sözün əsl mənasında gücdən düşür, bir an içində yaşanıb qurtarır, məhv olur, güllələnir və necə deyərlər, “yaşam payı” sonraya saxlanılır. Bu zaman həmin ölən həyatın fiqurları – bənzərsiz şairlər, sənət adamları... həmin gerçəkliyin əvəzində danışır, onu əvəz edir və insanlarla nağıl, əfsanə dilində ünsiyyətə girirlər. Keçən əsrin 20-30-cu illərini bu mənada götürüb incələmək mümkündür. Adı çəkilən müddətdə həyata keçirilən mədəni inqilab və bu sıradan digər sürəkli, ağılçaşdıran olaylar gerçəkliyin birbaşa aradan qaldırılmasına, yerlə-yeksan edilməsinə səbəb oldu, həyat – sözün birbaşa mənasında güllələndi, o “lazımsız” hissə kimi kəsilib bir kənara atıldı, yerinə bolşevik təfəkkürünün ağ-qara parçasından yamaq vuruldu. O dövrün şairlərinin şeirlərində qəribə bir inersiya var – şeir sevgidən, həyat eşqindən aşıb-daşır, ən gözəl hisslər, duyğular bir-birinə sarmaşıb, insanlara həyatın gözəlliyindən, təmizliyindən və bu kimi ülvi hislərdən danışır, ətrafda isə yuxarıda təsvir etdiyimiz proses gedir, həyatın, dövranın bu hissəsi zorla gerçəklikdən qopardılır, bütün ətraf çarpaz xətlərlə işarələnir ki, giriş qadağandır; həmin o şadlıq, hisslərin, duyğuların torpağın içindən boy verməsi elə bil başqa bir dünyada, çəpərlənmiş sahədən kənarda baş verir. Məhz bu və digər köklü səbəblərə görə Müşfiq və onun təmsil etdiyi ədəbi nəslin nümayəndələrinin yaradıcılığı kədərli sonluqdan başqa bir şey vəd etmir – sözün hər iki mənasında. Müşfiq içində yaşadığı gerçəkliyin müxtəlif sahələrində, ictimai-mədəni quruculuqda iştirak edirdi, bir çoxları kimi, bir tərəfdən bu məkrli niyyəti həyata keçirənləri mədh edir, bu “coşqun hərəkata qoşanlarla” bir sırada addımlayır, yazdıqlarının içindəki yalanı həqiqət bilir və...

Bu yaz bir başqa yazdır,
bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş-kəsək
Təmizlənmiş bir az da.
Ellərin keyfi sazdır.
Bu yaz bir başqa yazdır!..
 
Əgər bu şeiri yazan adam otuzuncu illərin qırğınlarından salamat çıxsaydı, bu şeirdəki yalana görə cavab vermək çox çətin olardı. Ancaq, Müşfiq təkcə fərd kimi deyil, həm də böyük bir mədəniyyətin daşıyıcısı kimi qiymətləndirilirdi və o böyük, zəngin proseslərin daşıyıcısı Cavid, Əhməd Cavad və bir sıra başqaları kimi yeni dövrə adlaya bilməzdi. “...30-cu illər boyu S.Vurğunun daxilində iki şair, iki insan vuruşur - biri dünyanın ən yaşarı şeirlərini yazır, o biri isə onları “ölən şeirlərim” adlandırır - biz S.Vurğun yaradıcılığının az-çox “dış” strukturunu görürük, “iç” strukturu isə hələ də poeziya elmimiz üçün qaranlıq qalır. Və qaranlıq qalan təkcə S.Vurğun yaradıcılığı deyil, əsrimizin 20-30-cu illərindəki Azərbaycan mədəniyyətinin “iç” strukturudur”. (N.Cəfərov). Müşfiqin, S.Vurğun və digərlərinin ədəbi nümunələri göstərir ki, bu bədii təfəkkür tipi ədəbiyyatda XVII-XVIII əsrlərdən etibarən getməkdə olan dərin “katarsisin” – təfəkkürün daxili özünüqavrama laylarının təzələnməsi prosesinin müəyyən mənada məntiqi nəticəsi idi. Müşfiqdə sözün içindəki energetika – belə deyək, samitlə sait arasındakı “yarımsəslərin” amplitudası, ifadənin, sintaksisin, deyilişin və səslənişin özünün ifrat dərəcədə milliləşməsi, formanın, janrın özünün deyiliş tərzini diqtə etməsi, ritmin “şəffaflaşması” (süni əruz qəliblərindən qopması və folklor stixiyasına yaxınlaşması), Səməd Vurğunda ənənə ilə sinxron və diaxron münasibətlərin müəyyənləşməsi ... böyük bir mədəni yüksəliş epoxasından xəbər verirdi. Ancaq dövranın gərdişi ədəbi təfəkkürün ritmini pozdu, onun əsas istiqamətlərini sındırdı və böyük bir mədəniyyətin sınırları bəlirsiz qaldı.
                                              
Müşfiqdə iki hiss - nakamlıq və məhkumluq eyni amplitudadadır, eyni kök üstündədir. Nakamlıq onun hər bir şeirinə çöküb (...necə əl çəkim), Müşfiqdə poetik obrazı yaradan komponentlər xüsusi təşkil formasına malik olmaqla, xüsusi, məhrəmdən-məhrəm münasibət üstündə köklənib, onun yazdığı ən yaxşı şeirləri hər dəfə nəzərdən keçirəndə mənim üçün bir qənaət təkrar-təkrar hasil olur: elə bil ki, bu forma, bu deyiliş tərzi məhz bu hissiyyatlı, bu temperamentli şairin yolunu gözləyirmiş, onun qəlibinə oturub nəfəsini dərsin və bütün qədim ənənənin bətnində bir təzələnmə, qan təzələnməsi getsin, yəni, bu mənada Müşfiq bizim poeziyamız üçün hər şeydən öncə qədim ənənələrlə yeni sözün, sözün yeni deyiliş tərzinin birləşməsi idi, bu qovuşma, az bir zaman çərəyində özünü göstərsə də, təsir dairəsi zaman-zaman genişləndi, onun sahilə çırpdığı dalğalardan yeni şairlər, yeni nəfəslər meydana gəldi. Müşfiqin başladığı yol qırılmasaydı, yaxud bu yol davam etsəydi, Azərbaycan poeziyasında bir çox mənasız eksperimentlərə lüzum qalmazdı. 

Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi.
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?

Baxın, bu parçadakı “uzaqdan-uzağa ağaran xam gümüş” ifadəsi və onlarla digər şeirlərində onun obrazını, Müşfiq metaforasını bəlləyən, birbaşa xassəsini göstərən ifadələr təbii dilin üstündə “xam gümüş kimi ağaran”, onun ən incə, yalnız görməyə bəs eləyən yerini nişan verirdi.

Müşfiqin metaforasındakı “məhkumluq” onun şair təbiəti ilə birbaşa əlaqədar idi, bunun ifadəsi Əli Kərimin Müşfiqə həsr edilən şeirindən görünür:

Yadımdadı, deyərdilər,
Bu dünyada – Müşfiq adlı
Çox gözəl bir şair olub.
Hərəkəti,
Məhəbbəti,
Həqiqəti şeir olub.
Şeir olub
Yerlər kimi
Göylər kimi
Aydın,
Açıq.
O, ləbələb dolu idi
Şeir ilə...

Müşfiq şeir ilə dolu idi. Müşfiqin şeirləri qəribə munis duyğulardan yoğurulub, yəni formayla məzmunun münasibəti elədir ki, köhnə hücrənin içində bu proseslər sanki dünən başlayıb, söz keçmişlə bu günün sərhədindədir, söz həm də qədim qayaüstü yazılara bənzəyir. Təsadüfi deyil ki, Müşfiqin dövründə Əli Nazim adlı tənqidçi Azərbaycan ədəbiyyatının mənbələrindən danışarkən yazırdı ki, milli ədəbiyyatın keçmişinə baxanda Orhon-Yenisey abidələri ilə kifayətlənmək düzgün deyildir. Bu abidələrdən öncə mövcud olan mükəmməl mənbələri tapmaq lazımdır. Diqqət yetirin: məhz Müşfiqin yaradıcılığında, bu poetik sistemdə vəzni texniki göstəricilər deyil, hissiyyat, duyğu axını, yəni şairin dünyaya münasibəti (çılğın, əsəbi və həm də müdrik-!) müəyyənləşdirir. Vəzn sadəcə hissin, duyğu selinin içində “itib-batır”, özünü nəzərə çarpdırmır, bu sistemin içində heç nə şeirdən qabağa keçmir.

Ah, bu uzun sevda yolu
Vurulurmu başa, könül!
Nişan aldım, kaman atdım,
Dəydi oxum daşa, könül!
 
Bir od düşdü buluduna,
Yandı könül eşq oduna,
Qaldın hicran umuduna,
Ey qırılan şişə könül!

Tərlansan, göydən enməzsən,
Bu torpaqda sevinməzsən,
Mən dönərəm, sən dönməzsən,
Yaşa, könül, yaşa, könül!

Müşfiq bütün XX əsr boyu çağdaş ədəbi fikrə təsir göstərmiş, ədəbi həyatın bu və ya digər təbəddülatlarının həllində dolayısı ilə iştirak etmişdir. Bu cəhət heç də onun repressiyaya uğraması faktı ilə izah edilmir, əksinə qısa ömründə ədəbiyyata gətirdiyi nəfəs genişliyi, novatorluq, orijinal temperamenti…və sair cəhətlərin üstünə gəlir. O ki qaldı, repressiyanın yoğurub-yapdığı “Müşfiq obrazına” (Müşfiqin bir cüt kədərli şəkli-!), bu da haradasa dövrün özünün “neqativi” olmaqla, o şaqraq, qarşısıalınmaz sel kimi gələn duyğuların dibindəki kədəri, faciəni göstərir, yəni bu məqamda həmin o şəkillər də şeirə dönür, sözsüz oxunur, məsələnin mahiyyəti gözlənilməyən ölçüdə meydana çıxır. Bu nümunələrin sonrakı oxunuşlarında həmin o kədərli şəkillər mütləq iştirak edir, bu şeirlərin səs, söz, məna konteksti “başqalaşır”, amma həyat eşqi ilə aşıb-daşan şeirlərin dibindəki kədər dəyişmir, hər şeyi bəlirləyən “materiyaya” çevrilir. /gunteleqraf.az/

Yenililklər
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
05.10.23
Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək
05.10.23
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısı Yun Fosseyə verilib
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.