Mərhum Zakir Sadatlının «Əfqanıstan uçurumu» adlı kitabının təqdimatı keçirildi
15.02.13

«APA Holding»də keçirilən təqdimatda mərhum jurnalistin yaxınları, dostları, media nümayəndələri iştirak ediblər.

Kitab barədə məlumat verən tədbirin aparıcısı Rey Kərimoğlu bildirib ki, «APA Holding»in dəstəyi ilə nəşr olunmuş «Əfqanıstan uçurumu» xatirə-roman janrında yazılıb və sovet-əfqan müharibəsini olduqca detallı şəkildə təsvir edir: «Bu gün biz kitabı Zakir Sadatlının özü aramızda olmadan təqdim edirik. Bu kitabı oxuyan hər kəs Əfqanıstan müharibəsini hiss edəcək. Kitabda Zakir müharibənin pis olduğunu demir. Amma kitabı oxuduqca insan müharibəyə nifrət etməyə başlayır».

«APA Holding»in prezidenti Vüsalə Mahirqızı isə çıxışında deyib ki, kitabın çapı təklifi Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğludan gəlib: «Zakir Sadatlı oxuduqca daha çox tanıdığımız adam idi. Biz iki dəfə bu kitabın təqdimatını planlaşdırsaq da, onun özünün təşəbbüsü ilə təxirə saldıq. Düşünürəm ki, yəqin onun vəfatının ildönümünə qədər daha bir əsərini çap edəcəyik».

Çıxış edən Z.Sadatlının yaxınları onun haqqında xatirələrini bölüşüblər. Mərhum jurnalistin qızı Fidan Aslanova kitabın çapında əməyi olan şəxslərə ailələri adından təşəkkürünü bildirib: «Əfqanıstan atamın həyatının özəl və önəmli hissəsi idi. Bu kitabı yazarkən o, Əfqanıstan həyatını yenidən yaşadı. Düşünürəm ki, bu əsər ədəbiyyatımızda öz yerini tutacaq».

 Kitabın redaktoru Anar Mahmudoğlu isə qeyd edib ki, indiyədək Əfqanıstan müharibəsi ilə bağlı 500 kitab yazılıb. Lakin onların arasında yeganə roman Z.Sadatlının «Əfqanıstan uçurumu» əsəridir: «Bu, Əfqanıstan müharibəsindən yeganə xatirə-romandır. Kitab səmimidir və oxucuları aldatmır».

 Tədbirdə qeyd olunub ki, kitabın təqdimatının keçirildiyi 15 fevral tarixi postsovet məkanında Əfqanıstan Döyüşçüləri Günü kimi qeyd olunur. Həmin gün sovet qoşunları Əfqanıstanı birdəfəlik tərk edib.

 Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, şair Qulu Ağsəs, «Qafqazinfo» portalının baş redaktoru Elbrus Ərud, Z.Sadatlının Əfqanıstanda döyüş yoldaşı olmuş Tərlan Eyvazov mərhum jurnalistlə bağlı xatirələrini danışıb, kitabın çapına göstərdiyi dəstəyə görə «APA Holding»in rəhbərliyinə öz təşəkkürlərini bildirib. 

 Təqdimat mərasimində Z.Sadatlı haqqında hazırlanmış klip və kitabı üçün hazırlanmış illüstrasiyalar da təqdim olunub. /APA/


Yenililklər
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.