Fərid Hüseyn - Dur qəbrimi sal yatım...
15.02.13
Dünən sevgililər günü idi sənə gül almadım, amma bir gül alıb torpağa əkdim. Gəmilərin fit səsi batmışdı, Əlillərin ayaq səsi duyulurdu dünən Mən o səslərdən bildim ki, sevgi itmir. Hər gün içimdə bir boy da "Allahu əkbər" böyüyür. Daha qadınları Allah sevgisiylə sevmək istiyirəm. Tanrım, buludu göyün, torpağı yerin əlindən almadığın kimi. mənim əlimdən alma sevgini. Mən dünya həracımda bir quru torpağa satılmış adamam, "dur qəbrimi sal yatım" demək istiyirəm hərdən. Amma hər dəfə bir cüt göz kəsir yolumu. Kimdən soruşuramsa deyir: "vallah, mənim gözüm deyil"
|