Kamal Abdullanın daha bir uğuru
08.02.13

Yazıçı Kamal Abdullanın postmodern estetikayla qələmə alınmış “Yarımçıq əlyazma” romanı nəşr olunduğu vaxtdan bu yana istər Azərbaycanda, istərsə də xarici ölkələrin mətbuat səhifələrində geniş müzakirələrə və polemikalara yol açan ədəbi hadisə kimi yadda qaldı.

Azərbaycan tarixinin empirik sayıla biləcək faktlarının bədii işlənməsi, klassik ənənələrin yeni paradiqmalar üzrə şərhi həm filoloji, həm də sosiomədəni səciyyə daşıyan diskussiyaların meydana çıxmasını şərtləndirdi.

Bədii, tarixi, mədəni, elmi kontekstin simulyakrı məsələlərini ön plana çıxararaq, bənzərsiz üslubu və yazı manerası ilə oxucuların könlünə yol tapan “Yarımçıq əlyazma”nın odisseyası davam edir.“Yarımçıq əlyazma” – “The İncomplete Manuscript”bu günlərdə ABŞ-ın nüfuzlu “Strategic Book Publishing and Riphts Agensy (SBPR)” nəşriyyatında nəfis tərtibatla çap edilib, oxucuların ixtiyarına verilib.

Kitabın üz qabığında, əsərdə cərəyan edən hadisələrin ruhuna uyğun olaraq, Ortaçağ və Dədə Qorqud dövrlərinin stilini və həyat qavramını əks etdirən zövqlü illüstrasiya verilib. Əsərin Amerika nəşrinin ilk vərəqində müəllif tərəfindən “Bütün müəllimlərimə və tələbələrimə” ithaf sözləri yer alır.

“Yarımçıq əlyazmanın” ABŞ nəşrinin önsözünü Viskonsin-Medison universitetinin professoru, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, müqayisəli mifologiya və ritorika üzrə dünyada tanınmış mütəxəssisMaks Statkiyeviçyazıb. Xatırladaq ki, M.Statkeviçin “Yarımçıq əlyazmadan Kamal Abdullanın “Yarımçıq əlyazma”sına” (yaxud “Yazı eposa qarşı”) başlıqlı məqaləsinin qəzet üçün sadələşdirilmiş variantı “525-ci qəzet”də çap olunmuşdu.

Kitab ingiliscəyə rus və Azərbaycan nəşrləri əsasında tərcümə edilib. Nəşrin üz qabığına yerləşdirilmiş annotasiyada deyilir: “Anna Tomsonun ingilis dilinə tərcümə etdiyi “Yarımçıq əlyazma” romanı əfsanəvi Ortaçağ qəhrəmanlarının xəyali həyatından bəhs edir. Gənc tədqiqatçı Əlyazmalar institutunda elmə məlum olmayan bir salnamə aşkarlayır və bunun “Kitabi Dədə Qorqud” eposu olduğunun fərqinə varır. Eposda Dədə Qorqudun və Ortaçağ Azərbaycan hökmdarı, şairi Şah İsmayıl Xətainin bir-biri ilə çulğaşan həyat hekayətləri tamamilə yeni interpretasiyada təqdim olunur. Heyranlıqla oxunan bu roman artıq bütün dünyada oxucuların ciddi marağına səbəb olub”.

Elə burada ədəbiyyatşünas-alimlərMaks Statkiyeviçin (ABŞ),Andrea Brinyonun (Fransa) vəNiyazi Mehdinin (Azərbaycan) “Yarımçıq əlyazma” haqqında yazdıqları məqalələrdən kiçik çıxarışlar verilib.

“Bu kitabı detektiv roman, mifologiyaya giriş, ən vacibi isə, öz daxili aləminizə səyahətnamə kimi oxuya bilərsiniz”. A. Brinyonun bu sözləri ədəbiyyatımızı xarici ölkələrdə uğurla təmsil edən “Yarımçıq əlyazma”nın doğurduğu təəssüratlardan biridir.

Romanın Rusiya, Fransa, Türkiyə, Braziliya, Misir, Polşa və s. kimi zəngin ədəbi ənənələri olan ölkələrdən sonra ABŞ-da da işıq üzü görməsi bütövlükdə Azərbaycan ədəbiyyatının uğurudur.

P.S
Kitabda Nəşriyyat (SBPR) tərəfindən müəyyən edilmiş daxili rəy müəllifinin son cümləsi belədir: “Əminəm ki, oxucu kitabı əlindən qoymaq istəməyəcək”. /publika.az/





Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.