"Mənim sevimli pişiyim, sadiq qadınım və gözəl əsərlər yaratmaq qabiliyyətim var"
06.02.13

Haruki Murakami 12 yanvar 1949-cu ildə Kyoto şəhərində dünyaya gəlmişdir. Atası bütpərəst keşiş, anası isə ədəbiyyat müəlliməsi olan Haruki hələ gənc yaşlarından bəri ədəbiyyata meyl göstərmşdir. Uşaqlıq dövrünü öz əsərlərində tez-tez əks etdirən yazıçı bir çox müsahibələrində uşaqlıqda valideynlərindən öyrəndiyi faktların onun üçün əvəzsiz olduğunu bəyan etmişdir. Gənc Haruki gəncliyinin böyük bir hissəsini Kobe şəhərində keçirmişdir. Tokiyonun Vaseda Universitetinin Ədəbiyyat fakültəsini bitirmiş yazıçı universitet illərində üslubiyyatın dərin sirlərini öyrənmiş, müxtəlif doğma və xarici əsərlərdən rəngarəng təəssüratlar almışdır. Yazıçı gənc yaşlarından kitablara, xüsusən də qərb ədəbiyyatına xüsusi meyl göstərmişdir. Bir çox əsərlərində bu marağı diqqət mərkəzinə çevirmiş yazıçı, tələbə olarkən Truman Kapote, Kurt Vonequt, Frans Kafka, Kenzaburo Oe, Yasunari Kavabata kimi dahilərin əsərlərinə daha çox meyl gostərmişdir. Taleyin yollarında nicat ümidi ilə yaşayan Murakami əsərlərinin qəhrəmanları sanki daimi axtarışdadırlar. İlk baxışdan müxtəlif kitablardakı qəhrəmanları sanki hər hansısa eyniyyət, ortaq məqsəd axtarışı birləşdirirmiş kimi təəssürat yaradırlar. Fəlsəfə-psixologiya janrının banilərindən sayılan Haruki Murakami 20-ci əsr ədəbiyatında özünü doğrultmağı tam anlamında bacarmışdır. Azərbaycanda kütləvi olaraq o qədər də tanınmayan Haruki Murakami dünya miqyasında bir çox nailiyyətlərə imza ataraq müassir ədəbiyyata hazırda da öz töhfələrini verməkdədir. İlk mükafatını Qunzo jurnalından almış yazıçı sonradan dünya miqyasında bir çox mükafatlarla təltif olunub.

İlk əsəri olan "Pinbol-1973" 1985-ci ildə işıq üzü görmüş və Murakaminin vizit kartı olaraq müasir ədəbiyyat mühitində yazıçının adını tarixə yazmışdır. Murakaminin elementar əşya və hadisələrdən dərin fəlsəfi məna çıxarması onun dünyada məşhur olmasının səbəblərindən biridir. Maraqlıdır ki, yazıçı "Pinbol-1973" əsərini 29 yaşında ikən beysbol matçını izləyərkən yazmağa qərar verib. Kiçik həcmli əsərlərindən sayılan "Toni Takitani" əsərini isə yazıçı həyat yoldaşı ilə Havay adalarını səyahət edərkən bir dollara aldığı, üstündə böyük "Tony" yazısı olan sevimli köynəyi və İkinci Dünya müharibəsi dövründə yaşamış musiqiçi Şizaburo Takitaninin həyat yolundan ilhamlanmaraq ərsəyə gətirmişdir. İlk baxışdan uyğunsuzluq təşkil edən iki məfhum, digər tərəfdən isə ərsəyə gəlmiş gözəl əsər.

Haruki Murakaminin bir çox əsərlərində sürrealist ideyaların hökm sürdüyü aydın görünür. Bir çox müsahibələrində yazıçı bildirir ki, hətta bəzən əsərlərinin nikbin və ya bədbin sonluqla bitmiş olmasına qərar verə bilmir. Yazıçının fikrinə görə hər kəs istədiyi, gordüyü formada reallığı onun əsərlərində tapmış ola bilər. Murakami qeyd edir ki, bir çox hallarda yazmağa başlayarkən, əsərin mövzusunu belə əvvəlcədən qərarlaşdırmır və ya bir mövzuda yazarkən qələmi onu tamamən başqa istiqamətə yönəldir.

Yazıçının "Norveç Meşəsi" əsərində, Murakaminin həyat yolu, xüsusilə də tələbəlik dönəmi qiyabi olaraq təsvir olunur. Bu dönəmdə yazıçının keçirdiyi hisslər, yaşadığı haqqsızlıqlar, cəmiyyətin əyri-əksiklikləri açıq-aydın göstərilir. Təsadüfi deyil ki, Murakamiyə ən böyük şöhrəti də elə məhz bu əsər gətirmişdir. Bundan başqa Murakaminin gozəl musiqi və kulinariya bilicisi olmasını da xüsusi qeyd etmək məqsədəuyğun olardı. Belə ki əsəsrlərində onun xüsusi yemək reseptləri qəhrəmanların dilindən bir çox hallarda təqdim olunur. Bu da öz növbəsində Murakaminin uzun müddət Jazz-Bar sahibi olaraq xanımı Yoko ilə birlikdə keçirdiyi dönəmin nəticəsi kimi özünü biruzə verir.

Murakaminin əsərlərini oxuyarkən oxucu, muasir və klassik musiqi, tarix, fəlsəfə, coğrafiya, müassir incəsənət növləri və digər sahələrdə biliklərini, dünyagörüşünü genişləndirmiş olur. "Kafka sahildə" əsərində Murakaminin boyük musiqi vurğunu olması aydın görünür. Ümumiyyətlə qeyd etmək olar ki, yazıçının əksəriyyət təşkil edən əsərlərində, xüsusilə də "Kəsəyən" trilogiyasına daxil olan əsərlərinin qəhrəmanları musiqi və kitab aşiqidirlər. Bu da öz növbəsində yazıçnın qəhrəmanlarına verdiyi bəzi şəxsi xüsusiyyətlərindən xəbər verir. "Əsərlərimdə hər kəs istədiyini tapa bilər" deyə yazıçı çox vaxt oxucularına müraciət edir. Onun əsərlərinin məna dərinliyinə qərq olduqca bunun həqiqətən də belə olduğu aydın bəlli olur. Yazıçı bir çox hallarda İkinci Dünya müharibəsinin mahir bilicisi kimi də tanınır və bunu da öz əsərlərində məharətlə qeyd etməyi bacarır.

Murakami kitablarında bir neçə qəhrəmanın nəzər nöqtəsini oxucuya təqdim etməyi və bununla oxucunun diqqətini cəlb etməyi gözəl bacarır. Yazıçı əsərlərində psixologiya, fəlsəfə, detektiv, elmi-fantastika kimi janrların sintezini yaratmaqla kütləvi oxucunun rəğbətini qazanmışdır. Əsasən də sıravi insanların həyatından bəhs edən yazıçı xəyalla gerçəkliyin cizgisini əsərlərində dolğun əks etdirmədiyinə görə, bir çox hallarda şərhçilərin qınağına tuş gəlir. Bunu da yazıçı öz növbəsində insan təfəkkürünün rəngarəngliyinin, müxtəlifliyinin və fövqəladəliyinin əsərlərdə təzahürü kimi izah edir.

Yazıçının mürəkkəb ziddiyyətli düşüncələri, şərqli yazıçının qərb dünyagörüşü prizmasından baxıldığına görə bir çoxlarının marağına səbəb olur. Vətənində Murakami hər zaman qeyri-adiliyə aludə, fəlsəfi-psixoloji romanlarında da bunu bütövlüklə əks etdirən, həm qərb həm şərq oxucusunu ələ almağı bacaran, daimi həqiqət axtarışında olan, yüksək mənəvi və fəlsəfi dəyərlərlə zəngin ədib kimi tanınır.

Gözəllik vurğunu olan Murakami əsərlərində tarixi faktları, həyatda olmuş hadisələri, toponimləri və s. istifadə edərək oxucuda sanki deja-vu hissini oyatmaqla, romanlarını daha həyəcanlı, maraqlı etməyi bacarmışdır.

Hazırda Haruki Murakami ABŞ-ın bir çox mötəbər universitetlərində muhazirələrlə çıxış edir və dünya oxucularına öz töhfələrini verməkdə davam edir. Murakaminin əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub. Dünya miqyasında milyonlarla oxucunun qəlbinə yol salmış, daxili aləmi ilə daim barışıqda olan yazıçı heç vaxt şöhrət arzusunda olmadığını hər zaman bildirmişdir. Hətta müsahibələrinin birində, müxbirin "Ən böyük nəaliyyətiniz nədir?" sualına qısa olaraq "Mənim sevimli pişiyim, sadiq qadınım və gözəl əsərlər yaratmaq qabiliyyətim var" deyə cavab vermişdir.

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.