Akif Səməd - Su kimi çəkilib getdim...
04.02.13
Su kimi çəkilib getdim, Nə fərqi yerə, ya göyə. Dərdimi tapşırıb getdim, Saza, kamana ya neyə.
Ağlamaynan mən öləndə, Elə bil olmamışam heç. Sevgi kimi, duyğu kimi, Qəlbinə dolmamışam heç.
Mənli günləri yuxu bil, Bir yuxuydu gəldi, getdi. Nərgizdən gələn qoxu bil, Bir qoxuydu gəldi, getdi.
Atilayım, Çilənayım, Sorsalar atamız hanı? Çaşma, ləngimə, təngimə, Göstər beş-altı qoşmamı.
Dünyaya sözü olmadı, Söylə ki, ürəkdən getdi. Heç nədə gözü olmadı, Gəlmişdi, ürəknən getdi.
|