Seymur Baycan:
"Bəziləri gündəmə gəlmək üçün Əkrəm Əylislini söyür"
31.01.13
Tanınmış
yazıçı Əkrəm Əylisinin Rusiyanın məşhur ədəbiyyat dərgisi olan “Drujba
narodov”da bu yaxınlarda çap olunan “Daş yuxular”
romanı ölkədə böyük səs-küyə səbəb olub. Əsər ətrafında yaranan polemikalar
davam edir. Yazıçını ittiham və tənqid edənlərin də sayı durmadan artır.
İttiham edənlər ordusu ilə yanaşı yazıçının tərəfində olan, ona dəstək olan şəxslər
də var.
Yazıçı Seymur Baycan mövzu ilə bağlı fikirlərini
bölüşüb.
Seymur Baycan
bu hücumların məqsədli şəkildə edildiyini və sifariş olduğunu qeyd edib:
“Ikincisi, ola bilər ki, bir çox insanların məsələdən xəbəri yoxdur. Ona görə də
"hurrey" eləyib Əkrəm Əylislinin üzərinə hücum çəkirlər. Bunun da iki
səbəbi ola bilər. Birincisi, bu, boş-bekarçılıqdan, mövzu tapmamaqdan irəli gələ
bilər. Digər səbəb isə odur ki, bir çox insanlar vaxtilə ölkədə gündəmdə
olublar, vətəndaş mövqeləri olub. Bu gün isə bu və ya digər səbəbdən o mövqeni
itiriblər. Ona görə də yenidən gündəmə gəlmək üçün belə işlərə əl atırlar.
Onların əl atdığı işlərdən biri də erməniləri söyməkdir. Bu icazəli bir
söyüşdür. Hamıya da erməniləri söyməyə icazə var. Ona görə də bəzi insanlar bu
məslədən sui-istifadə edirlər".
Seymur Baycan
vaxtilə Qarabağa getdiyinə görə bu cür hücumlara məruz qaldığını da xatırlatdı:
"Qarabağa gedib-gələndə məni də söyürdülər. Hər gün bu söyüş kampaniyası
televiziya, radio və mətbuatda gedirdi. Amma sonra səfir, rektorlar və
ziyalılar da getdi. Onda heç kim heç nə demədi. Niyə? Çünki onlar anladılar ki,
gedən insanlar özbaşına gedə bilməzlər, onlar icazə alıb ora gediblər və
haqq-hesablarını yaxşı bilirlər ki, harda danışmaq olar və ya danışmaq
olmaz".
Gənc yazayr
Əkrəm Əylisliyə qarşı yönələn fikir və ittihamlarla razı olmadığını da deyib:
"Sözə hücum çəkmək olmaz. Amma nədənsə bu məsələni tamam başqa istiqamətə
yönəltmək istəyirlər. Yazıçı bədii mətində hər şeyi yaza bilər. O, bu axımdan
azaddır. Bu hər yerdə belədir. Ermənistanda da insanlar var ki, gördüklərini
yazır, bədii mətinlərini ortaya qoyurlar. Orada da onlara qarşı eyni münasibət
var. Ancaq bu məsələyə səbrlə və normal yanaşmaq lazımdır”. /teleqraf.com/
|