AYB-nin müsabiqəsindən imtina davam edir
29.01.13

Yazıçı Azad Qaradərəli də Azərbaycan Yazıçılar Birliyinin (AYB) keçirdiyi ədəbiyyat müsabiqəsindən imtina etdi. O, “Nəsr” nominasiyasında qısa siyahıya keçmişdi.

“Oxu zalı”na yolladığı məktubu olduğu kimi yayımlamağı xahiş edən yazar bunu seçimin ədalətli olmasına inanmaması ilə əlaqələndirir:

“Dekabrin sonlarında dostların təhriki və Slavyan Universitetinin müsabiqədə iştirakı (hətta deyilənə görə əsas söz sahibi olması) məni də yoldan çıxardı. Əsər qəbuluna  iki gün qalmış – gərək ki, dekabrın 29-da kitabımı Slavyan Universitetindəki  komissiyaya təhvil verdim. Nədənsə oranı tərk edəndə sümüyüm sızıldadı. Axı mən  bir dəfə bu tələyə düşmüşdüm. Polşa haqqında  əsərlər müsabiqəsində hekayəmlə iştirak edib  bir vərəq  diplom  almışdım! Onda da Polşa səfirliyinin müsabiqədə iştirakı məni aldatmışdı. Heç vaxt üzvü olmadığım və olmaq fikrinə düşməyəcəyim  bu təşkilatın – AYB-nin oyuncaq müsabiqəsində nə işim var axı? Nə isə! Lənət şeytana. Mən, Azad Qaradərəli, bildirirəm ki, AYB-ın Ədəbiyyat müsabiqəsində mərhələ adlamış “Burda yer fırlanmırdı”   kitabımın (hekayələr və roman)  müsabiqədə iştirakından imtina edirəm”.

Xatırladaq ki, bundan qabaq Poeziya nominasiyasında qısa siyahıya keçmiş şairlər Aqşin Yenisey, Şəhriyar del Gerani və nəsr nominasiyasında qısa siyahıya keçmiş yazıçı Zakir Sadatlı da müsabiqədən imtina etmişdilər.

Onlar müsabiqənin ədalətsiz keçirildiyini, qaliblərin əvvəldən bəlli olduğunu iddia edirlər.

İlk olaraq isə Münsiflər Heyətinin sədri, yazıçı Kamal Abdulla müsabiqəni tərk etmişdi. Amma o, işinin çoxluğunu əsas gətirmişdi.

Müsabiqənin nəticələrinin yaxın vaxtlarda açıqlanması gözlənilir. Hər biri 2 min manat olmaqla 5 mükafat veriləcək. /oxuzali.az/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.