Leyla Namzova -
Ehtirasım bürüyüb urəyimi
mənim
28.01.13
Etiraf
edirəm ki sevirəm səni
Ehtirasım bürüyüb bu urəyimi
mənim
Daima fəryad qoparıb
içimdə üsyan edir,
Qışqırıb istəyir ancaq səni
həmişə hər an.
Hamıya car çəkib demək istəyir
ki o,
Sevirəm, istəyirəm, aşiqəm
sənə.
Utanmadan deyirəm sevirəm səni
Goy bütün aləm duysun bu
hisslərimi,
Təmənnasız minnətsiz təmiz
sevgimi.
Saf niyyətli məhəbəttim
sənindi canım, sənin
O sevgi sənə qurbandı
hisslərimlə birlikdə.
Sənin oduna yanan, həsrətinlə
yaşayan
Özünü sənin üçün fəda etmək
istəyən,
O yeganə insan mənəm tək
səninçün yaşayan.
Sənə sevirəm desəm mən, nə
edərsən o zaman
Hisslərimi qarşılıqlı edə
biləcəkmisən
O sevirəm sözünü deyə
biləcəkmisən.
Bu
Qərib şəhərdə görüşdük bir gün
Bu Qərib şəhərdə görüşdük
bir gün
Bu görüş həyatıma dərin iz
saldı.
Yuxuya bənzərmiş sanki o görüş
Xəyalımda canlandıran o gözəl
görüş,
Möhtəşəm anlar sevincli
oldu.
Sənin həsrətinlə yaşamışam mən
Özümə təsəli verib
inanırdım görüşə
Nəhayət istəyimə gəlib çatdım
axırki,
Bu an yetişdi axırda, neçə
illərdən sonra
Sevinmək, gülmək ağlamaq
bilmədim nə edim mən.
Gözlər gözlərə baxdı sevirəm
sözü dedi
Ehtiras, sevgi, məhəbbət o
gözlərdə bol idi,
O gözlərim alışırdı
sevincdən, həyacandan
Gözlərimdən oxudun o
saf təmiz hissləri...
Həyacandan ürəyim döyünürdü
sürətlə
O ürəyin dibində sənin yerin çox dərin,
Dilimdə sənin adın həkk
olunub ömürlük.
Titrədi əllərim soyuqdan yəqin
Böyük həyacan hissi
bürümüşdü canımı,
Dilim deyir sevirəm heç
nəyi gizlətmədən
Daha sənə bu sirri açmaq
istəyirəm mən.
Sənə olan hisslərimi sənə
demək istərəm
Artıq vaxtdı bütün kartlar
açılmalıdı indi.
Bu sevginin tarixini sənə
açıq danışmaq,
Duyğuları hisslərimi sənə
aşkar bildirmək
Dedim bəlkə səndə məni
anlayarsan duyarsan,
Hisslərimi hifz edib
qarşılıqlı edərsən.
Səni dünyalar gədər sevmək
nə gədərdə xoş imiş
Böyük fəxrlə deyirəm səni
sevdiyimi mən.
Qəbahətsiz, saf təmiz
sevdim səni sevgilim
Sənə sevgili demək mənim
üçün şərəfdi
Mənim könlüm tək sənin,
sənin olmaq istəyir.
Ruhum pərişan olur səsini
eşidəndə,
Ürəyim aşıb daşır adın
gələndə sənin.
Məst oluram hər an səni
görəndə və duyanda
Arzum budur səndə mənim o
hisslərimi görüb,
Qarşılıqlı təmənnasız
bölüşəsən mənimlə.
Ən uca bir hiss kimi
baxasan bu sevgimə
Bircə dəfə də olsa sevirəm
desən mənə,
O an ən xoşbəxt insan
dünyada olaram mən.
|